Mobil versiya
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Respublika Süni Mayalanma Mərkəzi ərazi ilk partiya təşkilatında 8 Noyabr – Zəfər Gününə həsr edilmiş növbəti tədbir keçirilib - FOTOLAR
Tarix: 04-11-2021 | Saat: 14:18
Bölmə:Media | çapa göndər

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Respublika Süni Mayalanma Mərkəzi ərazi ilk partiya təşkilatında 8 Noyabr – Zəfər Gününə həsr edilmiş növbəti tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov Zəfər Gününün əhəmiyyətindən bəhs edib: “Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də 28 illik əsarətdən xilas edilməsi müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək”.

Sonra çıxış edən Respblika Süni Mayalanma Mərkəzinin direktoru, YAP üzvü Elton Əbdulrəhmanov vurğulayıb ki, məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyib, ərazi bütövlüyümüzü bərpa edib: “Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrinin yazılması idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin dekabrın 1-də Laçının işğaldan azad olunması münasibətilə xalqa müraciətində qeyd edib ki, artıq Ermənistanın məğlubiyyətindən sonra bölgəmizdə yeni reallıq yarandı”

Daha sonra YAP Göygöl rayon təşkilatının məsləhətçisi Aygün Həsənova, Respublika Süni Mayalanma Mərkəzi ərazi ilk partiya təşkilatının sədr müavini Şəfa Fəzliyeva və digərləri tədbirdə çıxış edərək bildiriblər ki, 44 günlük savaşın nəticəsi olaraq ərazi bütövlüyümüz bərpa olunub, təcavüzkarlar işğal edilmiş torpaqlardan qovulub, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması planlarının üstündən isə həmişəlik xətt çəkilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə