Mobil versiya
Oksana danışdı
Tarix: 03-11-2021 | Saat: 12:39
Bölmə:Şou-biznes | çapa göndər

Oksana danışdı

Dünəndən şou gündəmini aparıcı-aktyor Şəhriyar Əbilovun şok etirafı zəbt edib. Belə ki, o, üç ildir rəqqasə-aktrisa Oksana Rəsulova ilə evli olduğunu bildirib.

AİA.Az olay-a istinadən xəbər verir ki, Şəhriyarın etirafından sonra sosial şəbəkələrdə hər kəs cütlüyü təbrik edib. Şou-biznesin populyar simaları da təbriklərə qoşularaq onlara xoşbəxtlik diləyiblər.

"Tam vaxtıdır" proqramında səsləndirilən fikirləri sözügedən proqramda qonaq olan Oksana da təsdiq edib. Lakin o, münasibətin təfərrüatı barədə danışmayıb.

OLAY məsələ ilə bağlı O. Rəsulova ilə əlaqə saxlayıb. Aktrisa qeyd edib ki, cütlük olaraq qərar qəbul ediblər:

"Mən hazırda Bakıda deyiləm. Biz qərarlaşdırdıq ki, artıq bu mövzuda heç yerdə heç nə danışmayacağıq".

Şəhriyar Əbilov isə saytımıza açıqlamasında məlumatı bilib də, bu günədək şəxsi həyatlarının toxunulmazlığını pozmayan KİV nümayəndələrinə təşəkkür edib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə