Mobil versiya
Ramil Vəlibəyov: Azərbaycan-Türkiyə əməkdaşlığı və qardaşlığı dünya miqyasında önəmli amilə çevrilib
Tarix: 03-11-2021 | Saat: 12:36
Bölmə:Seçki 2024 | çapa göndər

Ramil Vəlibəyov: Azərbaycan-Türkiyə əməkdaşlığı və qardaşlığı dünya miqyasında önəmli amilə çevrilib

Sirr deyil ki, Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinədək Türkiyə Azərbaycanın yanında olub. Müharibənin ilk saatlarında Türkiyə bəyan etdi ki, Azərbaycan tək deyil və rəsmi Ankara onun yanındadır. Bu addım Azərbaycana çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Bu birlik bu gün də müşahidə edilməkdədir. Bütün işlərdə də, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki qardaş ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. Elə Füzuli Beynəlxalq Hava Limanının birgə açılışı bir daha Türkiyənin və Azərbaycanın iki qardaş ölkə kimi hər zaman bir-birinin yanında olduğunun, birliyinin, gücünün nümayişi idi. Füzuli Beynəlxalq Hava Limanının da inşasında da Azərbaycan və Türkiyə şirkətləri iştirak ediblər.

Bu fikirləri açıqlanasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığının, qardaşlığının önəmli amilə çevrildiyini vurğulayan Ramil Vəlibəyov bildirib: “Tarixi hadisə kimi yaddaşlarda qalan Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi bir daha iki qardaş ölkənin birliyinin böyük gücə çevrildiyini nümayiş etdirir. Heç şübhəsiz ki, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, işğaldan azad olunmuş ərazilərə səfərləri dünyaya mesajdır. Bu mənada, Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Çünki bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, iki qardaş ölkə bir yerdədir, birliyi sarsılmazdır və əbədidir”.

“Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar”, – deyən YAP Nizami rayon təşkilatının sədri əlavə edib ki, Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün işğaldan azad olunan ərazilərdə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. “Bu, bir daha Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının təcəssümüdür. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək”, - deyə o əlavə edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024