Mobil versiya
Azərbaycan Tibb Universiteti eyni gündə Türkiyənin 5 universiteti ilə saziş imzalayıb
Tarix: 03-11-2021 | Saat: 08:11
Bölmə:Təhsil | çapa göndər

Azərbaycan Tibb Universiteti eyni gündə Türkiyənin 5 universiteti ilə saziş imzalayıb

Azərbaycan Tibb Universiteti beynəlxalq əlaqələrinin gücləndirilməsi, ali təhsil ocağının adının dünya miqyasında nüfuzlu təhsil və elm platformalarında daha da tanıdılması istiqamətində növbəti uğurlu addımı atıb.

Universitetin mətbuat xidmətindən bildiriblər ki, bu gün ATU ilə Türkiyənin 5 universiteti arasında ayrı-ayrılıqda əməkdaşlığa dair saziş imzalanıb.

Sazişlərin imzalanmasına həsr olunmuş görüşdə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qonaqlara ali məktəbin tarixi və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, son illər aparılan islahatlar ATU-da tədris prosesinin keyfiyyətinin artırılması, həmçinin təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edib. Bu da getdikcə daha çox əcnəbi tələbənin ATU-nu seçməsinə imkan yaradıb. Hazırda 2 mindən çox xarici tələbəsi olan Tibb Universiteti bu göstərici üzrə respublikamızın ali təhsil müəssisələri arasında birinci yerdədir.

G.Gəraybəyli universitetin beynəlxalq əlaqələri arasında Türkiyə ali məktəbləri ilə münasibətlərin xüsusi yer tutduğunu vurğulayıb. Rektor əminliklə bildirib ki, imzalanacaq yeni əməkdaşlıq protokolları bu münasibətlərin daha da güclənməsinə, ortaq uğurlu layihələrin ortaya qoyulmasına şərait yaradacaq.

Sonra Sağlık Bilimleri Universitetinin rektoru Cevdet Erdöl, Kütahya Dumlupinar Universitetinin rektoru Kazım Uysal, Bilecik Şeyh Edebali Universitetinin rektoru Şükrü Beydemir, Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi və Bolu Abant İzzet Baysal Universitetinin rektoru Mustafa Alişarli çıxış edərək təmsil etdikləri ali təhsil müəssisələri barəsində məlumat veriblər. Türkiyəli qonaqlar Azərbaycan xalqını böyük qələbənin ildönümü, Zəfər Günü münasibətilə təbrik ediblər.

Görüşün yekununda ATU ilə Türkiyənin qeyd olunan beş universitetinin hər biri ilə ayrılıqda əməkdaşlığa dair saziş imzalanıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024