Mobil versiya
Şəhid Kamran Səmədovun anım günündə bulağın açılışı oldu - FOTOLAR
Tarix: 01-11-2021 | Saat: 11:05
Bölmə:Seçki 2024 | çapa göndər

Şəhid Kamran Səmədovun anım günündə bulağın açılışı oldu

31 Oktyabr 2021–ci il tarixində Lənkəran rayonunun Liman şəhərində 44 günlük Vətən müharibəsi şəhidi Kamran Səmədovun anım tədbiri və bulağın açılışı oldu. Keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Liman şəhər 1 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi, Şəhid ailələri, rayon ağsaqqalları və ziyalıları iştirak edirdilər. Qonaqlar Şəhidin həyat və döyüş yolundan çıxışlar etdilər. sisteminin əsas məqsədi milli və ümumbəşəri dəyərlərə sahib şəxsiyyət hazırlamaqdır. Bu baxımdan formalaşmaqda olan yeniyetmə və gənclər arasında fəal təbliğat işi aparılmaqdadır. Xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemi və onun ayrılmaz və əsas tərkib hissəsi olan azərbaycançılıq ideologiyası aparılan təbliğatın əsasını təşkil edir. Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!

Müharibədə döyüş də var, şəhidlik də var. Savaşda xüsusi təyinatlıların zərbəsi də var, şəhidliyin behiştə gedən yolunu ehtiva edən xüsusi təyinatı da var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Bu il müstəqilliyimizin bərpasının 30-cu ildönümdür. İnanırıq ki, vətənimiz Azərbaycan bundan sonra da sağlam ideoloji əsaslar üzərində inkişaf edərək qarşıya qoyulan hədəfləri inamla yerinə yetirəcək, müstəqilliyimiz əbədi, sarsılmaz və dönməz olacaqdır! Görünən odur ki, Kamran Səmədov Vətən müharibəsinə qatılaraq şəhidlik zirvəsinə yüksəlməyi seçdi. Şəhid Kamran Ceyhun oğlu Səmədov 28 fevral 1997-ci ildə Lənkəran rayonu, Liman şəhərində doğulmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Kamran Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak etmişdir. Kamran Səmədov 44 günlük Vətən müharibəsinin 32 gününü döyüşlərdə iştirak edərək oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olmuşdur. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kamran Səmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!

Cəmil Quliyev
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin
ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024