Mobil versiya
Azərbaycanda 2 189 nəfər COVID-19-a yoluxub - 28 nəfər ölüb
Tarix: 30-10-2021 | Saat: 15:46
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda 2 189 nəfər COVID-19-a yoluxub -

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 189 yeni yoluxma faktı qeydə alınıb, 1 585 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 529 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 492 374 nəfər müalicə olunaraq sağalıb, 7 049 nəfər vəfat edib, aktiv xəstə sayı 29 686 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 051, ötən müddət ərzində isə ümumilikdə 5 183 839 test aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024