Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda 2 189 nəfər COVID-19-a yoluxub -
Azərbaycanda 2 189 nəfər COVID-19-a yoluxub -30-10-2021, 15:46. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 189 yeni yoluxma faktı qeydə alınıb, 1 585 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 529 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 492 374 nəfər müalicə olunaraq sağalıb, 7 049 nəfər vəfat edib, aktiv xəstə sayı 29 686 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 051, ötən müddət ərzində isə ümumilikdə 5 183 839 test aparılıb. aia.az Geri dön |