Mobil versiya
Samuxda şəhidin il dönümü qeyd edildi - FOTOLAR
Tarix: 30-10-2021 | Saat: 12:39
Bölmə:Seçki 2024 | çapa göndər

Samuxda şəhidin il dönümü qeyd edildi


30 Oktyabr 2021-ci ildə Samux rayonunun Samux şəhərində 44 günlük haqq savaşında şəhadətə yüksələn qəhrəman şəhidimiz Pərviz Rüstəmov Tufan oğlunun ildönümü mərasimi keçirildi. Anım mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidimizin məzarı ziyarət olunub, məzarı üstünə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib, şəhidimizin ruhuna dualar oxunub. Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan, müharibə zamanı göstərdiyi misilsiz şücaətdən bəhs edilib.

Pərviz Rüstəmov evin tək və ilk övladı olub. O, lap körpə vaxtlarından valideyn qayğısından məhrum qalaraq, nənə və baba himayəsində böyüyüb.

İgid qəhrəmanımız 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsinin hələ ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılmışdır və müxtəlif istiqamətlərdə döyüşərək böyük şücaət göstərmişdir. Füzuli və Cəbrayıl rayonu istiqamətlərində döyüş yolu keçmişdir. Ən son Füzuli rayonunun Qaraxanbəyli kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir, lakin düşmən pusqusuna düşərək, şəhidlik zirvəsinə ucalmışdır.

Pərviz Rüstəmov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən müharibədə göstərdiyi igidliyə görə ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024