Mobil versiya
Fərid Mustafayev: Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri hər zaman başqa dövlətlərə nümunə olub
Tarix: 28-10-2021 | Saat: 14:31
Bölmə:Seçki 2024 | çapa göndər

Fərid Mustafayev: Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri hər zaman başqa dövlətlərə nümunə olub

Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri hər zaman başqa dövlətlərə nümunə olub.

Bunu müsahibəsində İspaniyada fəaliyyət göstərən Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyasının (ACAE) prezidenti, GCP və F.Global Investment şirkətlər qrupunun rəhbəri Fərid Mustafayev deyib.

F.Mustafayev qeyd edib ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı özünü bütün sahələrdə təsdiq etdi və İkinci Qarabağ müharibəsində Türkiyənin ölkəmizə göstərdiyi dəstək xalqımızın qəlbində həmişə yaşayacaq.

Assosiasiya prezidenti bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və məhz Fizuli Beynəlxalq Hava Limanının açılışında iştirakı çox mühüm amildir. Bu hava limanının fəaliyyəti həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycanın gücünə güc qatacaq, bütün regionu birləşdirəcək. İlk növbədə, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin sürətləndirilməsinə təkan verəcək.

Xüsusilə beynəlxalq daşımalarda sürətin, çevikliyin və səmərəliliyin aktual olduğu bir dövrdə Zəngəzur dəhlizinin yaradılması bütün region üçün əhəmiyyətlidir. Zəngəzur dəhlizi investisiyaların cəlbi, yeni iş yerlərinin açılması və sənaye müəssisələrinin bərpası üçün imkanlar yaradacaq. Bu o deməkdir ki, Qarabağda infrastrukturun sürətlə inkişaf etməsi bir çox dövlətlərin biznes fəaliyyətləri məhz Azərbaycanın ərazisində reallaşacaq. Bu da öz növbəsində onsuz da uğurla inkişaf edən Azərbaycanın dünya ölkələri arasında mövqeyini daha da möhkəmləndirəcək.

“Şübhəsiz ki, bütün bu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı möhtəşəm siyasətin nəticəsidir.

Türkiyə Respublikası ilə Azərbaycanın hazırki əlaqələri bu quruculuq işlərini demək olar maneəsiz həyata keçirməyə imkan verir. Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlıq münasibətləri bir çoxlarını narahat edir. Amma bu nümunəvi əlaqələr və qardaşlıq münasibətləri biz azərbaycanlılarda böyük qürur hissi doğurur. Diaspor nümayəndəsi olaraq xarici ölkələrdə yaşamağımıza baxmayaraq, daim Ali Baş komandanımızın yanındayıq və onun apardığı uğurlu siyasəti dəstəkləyirik. Biz əminik ki, Qarabağ Azərbaycanın ən möhtəşəm guşələrindən birinə çevriləcək. Çünki Qarabağ Azərbaycandır!”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024