Mobil versiya
Pekin Qış Olimpiadası ilə bağlı sərt tədbirlər: Tamaşaçısız keçiriləcək
Tarix: 28-10-2021 | Saat: 10:07
Bölmə:İdman | çapa göndər

Pekin Qış Olimpiadası ilə bağlı sərt tədbirlər:

Fevralın 4-də start götürəcək Pekin Qış Olimpiya Oyunları üçün 100 günlük geriyə sayım artıq başlayıb.

Bu münasibətlə tədbirin təşkilat komitəsi mətbuat konfransı təşkil edib.

Konfrans zamanı Olimpiadanın təşkili qaydalarına aydınlıq gətirilib.

Bildirilib ki, 2022-ci il Qış Olimpiyadası sərt anti-COVID tədbirləri altında baş tutacaq.

Yarış iştirakçıları turnir ərzində qapalı mühitdə yaşayacaq və ətraf aləmdən tam təcrid olunacaqlar. Olimpiada günlərində yalnız ən az 14 gün öncə vaksinasiyasını tamamlamış şəxslər Çin ərazisinə buraxılacaq. Turnir iştirakçıları isə mütəmadi olaraq koronavirus testləri ilə yoxlanılacaq.

Qeyd olunub ki, anti-COVID tədbirlərini pozan idmançı və ya media nümayəndələri yarışlardan kənarlaşdırılacaq, akkreditasiyası ləğv ediləcək.

Bütövlükdə, 2022-ci il Qış Olimpiya Oyunları tamaşaçısız keçiriləcək.

“Anadolu”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024