Mobil versiya
Ülviyyə Əliyeva: “ Ali Baş Komandanın dediyi kimi, bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır.”
Tarix: 27-10-2021 | Saat: 11:00
Bölmə:Təhsil | çapa göndər

Ülviyyə Əliyeva: “ Ali Baş Komandanın dediyi kimi, bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır.”

“Füzulidə Beynəlxalq Hava Limanının inşa edilməsi Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbənin uğurlu nəticələrindəndir. Bu layihənin rekord qısa müddətdə həyata keçirilnəsi isə ölkəmizin möhtəşəm iqtisadi potensilının göstəricisidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirak etməsi bu hadisənin nə qədər mühüm olduğunu və tarixi əhəmiyyət kəsb etdiyini göstərir.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva deyib. [b][/b]

Müsahibimiz qeyd edib ki, post-münaqişə dövründə ölkəmizin həyata keçirdiyi bərpa-quruculuq işlərində Türkiyənin qardaş ölkə kimi Azərbaycanın yanında olması gücümüzə güc qatır: “Azərbaycan Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərində möhtəşəm bərpa-quruculuq işlərini davam etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin də söylədiyi kimi, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də Azərbaycan və Türkiyə çiyin-çiyinə inamla irəliləyirlər. Oktyabr ayının 26-da növbəti dəfə Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məqamı vurğulayaraq bir daha bəyan etdi ki, Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməyə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmağa davam edəcəyik. Azərbaycan 44 günlük savaşda qalib gəlməklə bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan səbəbi aradan qaldırdı. Bu gün Qarabağda təməli qoyulan layihələr, tunellər, avtomobil yolları bölgədə görülən işlərin miqyasını göstərir. Zəngilan rayonunda təməli qoyulan birinci özəl sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə projesidir. Qısa müddətdə bu investisiyaları yatırmaq və bu işləri həyata keçirmək isə təbii ki, həm də keçmiş məcburi köçkünlərimizin geri qayıtmasi üçün bir müjdədir.”

Daha sonra Ülviyyə Əliyeva bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə gedən bərpa və yenidənqurma işləri dövlətimizin iqtisadi qüdrətinin və xalqımızın öz torpaqlarına bağlılığının nümayişidir: “Biz hamımız yaxşı xatırlayırıq ki, hələ işğal dövründə də Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqına etdiyi müraciətlərində, keçmiş köçkünlərlə keçirdiyi görüşlərdə hər dəfə deyirdi ki, biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik və əgər lazım olsa, biz güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq. Belə də oldu. Hər dəfə olduğu kimi, dövlət başçımız bu vədinə də əməl etdi. Nə işğal dövründə, nə də müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, Azərbaycan Prezidentinin polad iradəsinin, xalqımızın yenilməz əzminin qarşısında heç bir qüvvə dayana bilmədi. Şanlı Azərbaycan Ordusu erməni işğalçı ordusunu darmadağın etdi və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdi. Dövlət başçımızın dediyi kimi, bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır. Bu gün İşğaldan azad olunmuş şəhər və kəndlərimiz sürətlə bərpa edilir. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Heç bir şübhə ola bilməz ki, azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar.”

Sonda Ülviyyə Əliyeva belə bir məqamı da vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikinci dəfə Qarabağa səfər etməsi bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm tarixi hadisədir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikinci dəfə Qarabağa səfər edərək bu dəfə Füzulidə olması, yeni hava limanının açılışında iştirak etməsi, eləcə də Zəngilanda tikilən ilk “Ağıllı kənd”ə, Ağalı kəndinə getməsi Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi olmaqla yanaşı, həm də bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm tarixi hadisədir. Azərbaycan və Türkiyə liderləri Füzuli Beynəlxalq Hava Limanının, yəni Qarabağın hava qapısının açılışında iştirak etdilər. Cəmi 8 aya inşa olunan bu beynəlxalq statuslu hava limanı da daxil olmaqla Azərbaycanın Qarabağda həyata keçirdiyi bərpa-quruculuq işləri çox yüksək qiymətləndirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da söylədiyi kimi, azad edilən ərazilərin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil. Azərbaycan bütün dünyaya örnək olacaq bir model ilə bu bölgəni inkişaf etdirmək üçün fəaliyyətini davam etdirir. Liderlərin birgə bəyanatında da qeyd olunduğu kimi, davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyiş üçün bu gün əlverişli şərait yaranıb. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Qarabağdan verilən əsas mesaj ondan ibarət idi ki, Azərbaycan və Türkiyə bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıdırlar. Bu ərazilərdən keçəcək quru və dəmir yolu xətləri isə təkcə bizim ölkələrimiz üçün deyil, həm də bütün bölgə ölkələri üçün iqtisadi və ticari imkanlar yaradacaq. Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyimiz bir dəhlizin təməlini qoyan Azərbaycan və Türkiyə Prezidentləri də ölkələrinin bu bölgənin əsas söz sahibi olduqlarını bir daha bəyan etmiş oldular.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024