Mobil versiya
Beynəlxalq Bank şəhidlərin borcunu sildi
Tarix: 04-05-2016 | Saat: 12:21
Bölmə:İqtisadiyyat | çapa göndər



Azərbaycan Beynəlxalq Bankı aprelin əvvəlində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması zamanı şəhid olmuş hərbçilərimizin kredit borclarını ləğv edib.

Bankdan daxil olan məlumatda bildirilir ki, araşdırmaların nəticələrinə əsasən, bu şəxslərdən hər hansı birinin Banka kredit borcunun olması müəyyənləşdiyi halda borc öhdəliyi bağlanıb. Araşdırmalar və kredit öhdəliklərinin ləğvi şəhid hərbçilərimizin ailə üzvlərinin müvafiq bank filiallarına fərdi müraciətləri əsasında aparılıb.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün vətəndaşlarımıza rəhmət diləyir, yaralılarımızın tezliklə sağalaraq Vətənə şərəfli xidmətlərini davam etdirmələrini arzulayır.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə