Mobil versiya
"SİYAH BƏYAZ" ƏXLAQSIZLIQIN YENİ ADI
Tarix: 04-05-2016 | Saat: 11:59
Bölmə:Aia TV | çapa göndər



Həmdə polisin gözü önündə

Azərbaycanımızın bu dönəmlər günü-gündən çiçəklənməsinə ləkə gətirən məqamlar var ki, bunada məhs dövlət keşikçilərinin himayədarlıq etdiyi bildirilir. Etibarlı mənbədən əldə etdiyimiz məlumatda bildirilir ki, bu kimi obyektlərin bar və disko adı ilə fəaliyyətləri günü-gündən genişləndirilməkdədir

Bunlardan biri isə yenicə mətbu orqanlara müraciət gəlməsi nəticəsidə aşkarlanmışdır. Həmin bar adı ilə əxlaqsızlığın tüğyan etdiyi, klublardan biri 8-ci kilometr bazarının qarşıssında olan "Lotos" adlı ticarət mərkəzinin arxasında yerləşməkdədir. Jurnalist araşdırması zamanı bizə bəzi faktlar da məlum oldu ki, buda həmin bar adı ilə yəni "SİYAH BƏYAZ" adı altında həqiqətəndə gecənin bəyazlığının ifrat dərəcədə büruzə verməkdədir. "SİYAH BƏYAZ" klubunun ərazi polisinin beş addımlığında yerləşməsi və açıq aşkar əxlaqsızlığın, xəstəliklərin tüğyan etməsi bizi şoka saldı.

Etibarlı mənbə bildirir ki, "SİYAH BƏYAZ" adlı klubu Bəxtiyar adı ilə adsan qazanmış bu tipli bir neçə obyektə malik şəxs işlətməkdədir. Bəxtiyarla həmsöhbət olan həmkarımız bildirir ki, vətəndaşların narazılığını obyekt sahibinə çatdırmağımıza baxmayaraq sahibkar çox soyuq qanlı təpki verdi. O bildirdi ki, burda nə var ki, Bakının bir çox yerlərində olduğu kimi bizdə ərazi polisindən icazə alıb obyekt işlədirik. Bu obyektin necə fəaliyyət göstərdiyini isə Nizami rayon DİN-nin əməkdaşları məlumatlıdırlar. Bununla yanaşı İnsan Alverinə Qarşı Mübarizə idarəsinin də xəbəri olduğunu və onun fəaliyyətinə heç kəs qadağa qoya bilməyəcəyini bildirən iaşiə obyekt sahibi qeyri qanuni fəaliyyətinə don geyindirməkdədir.

P.S. Obyekt sahiblərinin nə deməsindən asılı olmayaraq biz bir Azərbaycanlı kimi onların bildirdikləri fikirlərlə heçdə razı deyilik. Çünki heç bir dövlət quluqçusu polisi, məmuru və naziri bu kimi fəaliyyət növlərinə göz yumayıblar, yumazlarda. Üzümüzü tutub dövlət qurumlarından bu obyektin Azərbaycan qanunları ilə qadağan olunan fəaliyyət növünü araşdııb lazımi tədbirlərin görülməsinə sərəncam verəsiniz. Azərbaycanın bəlasına çevrilən bu kimi fəaliyyətlərin artıq yığışdırılması vacibdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024