“Oyunçulara deyirdim ki...” - Qurban Qurbanov
Tarix: 22-10-2021 | Saat: 09:20
Bölmə:Karusel / İdman | çapa göndər
“Furbolçularımı təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynadıq”.
aia.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin III turunda “Kayrat”la keçirilən oyundan (2:1) sonra mətbuat konfransında deyib.
O, komandasının çıxışını dəyərləndirib: “Rəqib standart vəziyyətlərdən yaxşı yararlanan kollektivdir. Hücumlara çox tez çıxırdılar. İlk yarıda onlar, ikinci hissədə isə biz onlara çətinliklər yaratdıq. Bu gün futbolçuların daha istəkli olduğunu gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi. Hər birinə təşəkkür edirəm”.
49 yaşlı mütəxəssis qrupdan çıxmaq şanslarını dəyərləndirib: “3 oyun 9 xal deməkdir. İki səfər oyunumuz qalıb. Rəqiblər həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə və 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Rəqibin “Bazel”ə 2:4 hesabı ilə uduzması bizi aldatmalı deyil. Bakıda daha yaxşı oynadılar. Qrupdakı hər üç xal bizim üçün üstünlükdür. Qarşıdakı oyunlara ciddi yanaşmalı və inamımızı artırmalıyıq. Oyunçular daha peşəkar olmalıdırlar”.
Qurbanov rəqiblərin müdafiədən oynamasının onlara çətinlik yaratdığını söyləyib: “Oyunu adətən rəqib zonada qurmaq istəyirik. Hər halda futbolçularımız belə olanda daha tez böyüyürlər. Biz hücumda olanda da müdafiəni düzgün qurmalıyıq. Arxa xətdəki oyunçulardan çox şey asılıdır".
Təcrübəli baş məşqçi görüş ərzində səbirli olduqlarını sözlərinə əlavə edib: "Mən oyunçulara da deyirdim ki, öz oyunumuzdan əl çəkməyək. Müdafiə olunan komanda təzyiq çox olanda səhvlərə yol verir. Biz sonadək mübarizə aparmalıyıq. 3:0 öndə olsaq belə, tempi qorumalıyıq. Sonradan meydana çıxanlar da özlərini yaxşı tərəfdən göstərdilər. Əzmkarlıq hesabına qələbə qazandıq".
Mütəxəssis uzun müddətdir zədədən əziyyət çəkən müdafiəçi Bədavi Hüseynovun komandanın əsas futbolçularından biri olduğunu söyləyib: "İnanıram ki, qayıdanda özünü yaxşı tərəfdən göstərəcək. Onun heyətə düşməyində özündən daha çox şey asılı olacaq".
Qurbanov hər oyunçunun qoluna sevindiyini vurğulayıb: "Gizlətməyəcəyəm, Ramil Şeydayevin qoluna daha çox sevinirəm. Onun əzmkarlığı göz önündədir. Abbas Hüseynov isə bu qoldan sonra özünəinamı artıra bilər. Son vaxtlar futbolçulardan əzmkarlığı daha çox tələb edirəm. İnanıram ki, bu olan yerdə nəticə olacaq. Mən onlara güvənirəm və inanıramsa, nəticə də tələb edirəm. Hər oyunda qalib gəlsək, futbolçulardan daha çox razı qalacağam”.(apasport.az)
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024