Mobil versiya
Sabirabad rayonunda şəhidin doğum günü münasibətilə tədbir keçrilib - FOTOLAR
Tarix: 20-10-2021 | Saat: 19:03
Bölmə:Ölkə | çapa göndər

Sabirabad rayonunda şəhidin doğum günü münasibətilə tədbir keçrilib

Sabirabad rayonunun Qardaşkənd kəndində Vətən müharibəsi şəhidi Həsənov Qüdrət Səfər oğlunun doğum günü münasibətilə tədbir keçrilmişdir.

Şəhidin 26-cı doğum günü münasibətilə onun adına inşa olunan abidə bulaq-kompleksinin önündə keçirilən tədbirdə YAP Sabirabad rayon təşkilatının fəalları, rayon ictimayəti, şəhidin əsgər yoldaşları, məktəblilər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açılmış, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə şəhidin döyüş yolundan söhbət açılmış, keçirdiyi qısa və şərəfli ömür yolundan danışılmışdır.

Tədbirdə çıxış edən şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025