Ana Sayfa > Ölkə > Sabirabad rayonunda şəhidin doğum günü münasibətilə tədbir keçrilib
Sabirabad rayonunda şəhidin doğum günü münasibətilə tədbir keçrilib20-10-2021, 19:03. Yazar: sevinc1 |
![]() Sabirabad rayonunun Qardaşkənd kəndində Vətən müharibəsi şəhidi Həsənov Qüdrət Səfər oğlunun doğum günü münasibətilə tədbir keçrilmişdir. Şəhidin 26-cı doğum günü münasibətilə onun adına inşa olunan abidə bulaq-kompleksinin önündə keçirilən tədbirdə YAP Sabirabad rayon təşkilatının fəalları, rayon ictimayəti, şəhidin əsgər yoldaşları, məktəblilər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açılmış, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə şəhidin döyüş yolundan söhbət açılmış, keçirdiyi qısa və şərəfli ömür yolundan danışılmışdır. Tədbirdə çıxış edən şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər. aia.az Geri dön |