Mobil versiya
"Bu strategiya 2030-cu ilə qədər hesablanıb" - Elman Rüstəmov
Tarix: 20-10-2021 | Saat: 12:29
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

"Bu strategiya 2030-cu ilə qədər hesablanıb" -

"Azərbaycanda post-pandemiya, postneft və postkonflikt dövrünün çağrışlarını nəzərə alan ölkə prezidenti 5 milli prioritet müəyyənləşdirib".

aia.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

"Bu günlərdə hökumət və AMB yeni milli inkişaf strategiyası müəyyən edib. Bu strategiya 2030-cu ilə qədər hesablanıb. Onun 1-ci mərhələsi 2022-2026-cı illəri əhatə edəcək. Bu strategiyanın əsas elementləri iqtisadi artım, iqtisadi şəffaflıq, şaxələnmə, yaşıl iqtisadiyyat, ətraf mühit, inkluzivlik və digər dünyada baş verən ən müasir proseslərə cavab olaraq müəyyənləşdirilib. Strategiyada ən mühüm istiqamətlərdən biri bütövlükdə iqtisadiyyatın şaxələndirilməsidir, dövlət investisiyalarının özəl investisiyalarla əvəz edilməsidir. Burda bank sektorunun üzərinə olduqca böyük məsuliyyət düşür, sektorun qarşısında olduqca böyük çağırışlar var", - deyə o, qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024