Mobil versiya
Davudoğlunu Ərdoğanın kürəkəni əvəzləyə bilər
Tarix: 03-05-2016 | Saat: 20:18
Bölmə:Şou-biznes | çapa göndər

Davudoğlunu Ərdoğanın kürəkəni əvəzləyə bilər






Türkiyə baş naziri vəzifəsinə prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak və ya dənizçilik və kommunikasiya naziri Binali Yıldırım gətirilə bilər.

aia.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə AKP-nin idarə heyətində olan HDP-li (Xalqların Demokratik Partiyası) siyasətçi, Mersinli millət vəkili Dengir Mir Mehmet fırat bildirib.

Deputat “Fırat” xəbər agentliyinə açıqlamasında Davudoğlunun bundan sonrakı dönəmdə siyasi fiqur olacağını bəyan edib:

“Cənab Davudoğlu baş nazir vzifəsini itirdi. Onun şərəfinə toxunacaq hərəkətlər edilir. Lakin istefa vermir. Onun yerinə ya kürəkən bəy, ya da Binali bəy gətiriləcək. AKP-də isə heç bir dəyişiklik olmayacaq. Çünki AKP demək, Ərdoğan deməkdir”, - deyə deputat söyləyib.

Qeyd edək ki, 38 yaşlı B. Albayrak Esra Ərdoğanla ailəlidir. Cütlüyün 3 övladı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024