Mobil versiya
Şahmatçılarımız Avropa çempionatında liderdir
Tarix: 19-10-2021 | Saat: 09:10
Bölmə:İdman | çapa göndər

Şahmatçılarımız Avropa çempionatında liderdir

Müxtəlif yaş qrupları üzrə keçirilən onlayn Avropa çempionatında 6-cı tura yekun vurulub.

18 yaşlı şahmatçıların yarışında Uğur İlyaslı (oğlanlar), 16 yaşlıların turnirində Ayan Allahverdiyeva (qızlar), 10 yaşlılarda isə Səadət Bəşirli (qızlar) 5,5 xalla birinci pillədə qərarlaşıblar.

Digər şahmatçılarımızdan Mələk İsmayıl (18 yaş, qızlar), Şiroğlan Talıbov (16 yaş, oğlanlar), Nərmin Abdinova (14 yaş, qızlar), Cahandar Azadəliyev (12 yaş, oğlanlar) isə 4,5 xalla ön sıralarda yer alıblar.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024