Mobil versiya
“Onu masaj etmədiyim üçün yer tutmadım” - Müsabiqə iştirakçıları
Tarix: 19-10-2021 | Saat: 09:01
Bölmə:Şou-biznes | çapa göndər

“Onu masaj etmədiyim üçün yer tutmadım” - Müsabiqə iştirakçıları

Türkiyənin "Best Model" yarışmasında "Best Smile" gözəli seçilən Elmas Yıldız "2-ci sayfa" verilişində iddiaları ilə gündəm olub.

AİA.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, müsabiqədə qalibin qabaqcadan müəyyən edildiyini bildirib:

"Yer tutanlar əvvəlcədən bəlli idi. Onlara ayrı otel otağı tutuldu. Yer tutacaq iştirakçılar Erkan Özermana masaj etməyə çağırıldılar".

Yıldızın sözlərinə görə, məsul şəxs kişi iştirakçılara da zəng edərək "Erkan Özermana masaj etmək istəyərsən?" deyə mesajlar göndərib. Alınan rədd cavablarına isə "Yarışda görərsən sən" deyə qarşılıq verilib.
"Best model" iştirakçılarından olan Barış Arslan da verilişə zəng edərək Elmas Yıldızın dediklərini təsdiqləyib:

"Həmin əxlaqsız təklifləri qəbul etməyəcəmsə, yer tuta bilməyəcəyim söhbəti tamamilə doğrudur. Qulaqlarımla eşitdim. Telefonda mesaj göndərilərək mənə bunlar deyildi. Əxlaqsız təklifi qəbul etmədiyim üçün yer tutmadım. Bəziləri 2-3 mükafatı birdən aldı. Mən səhnədə şok oldum".

Qeyd edək ki, 83 yaşlı Erkan Özerman yarışmanın təşkilatçısıdır. Müsabiqənin builki qalibləri Oğulşat Gagşalova və Bartu Dilmendir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024