Mobil versiya
Universitetdə Müstəqilliyin bərpası günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib
Tarix: 18-10-2021 | Saat: 16:10
Bölmə:Təhsil | çapa göndər

Universitetdə Müstəqilliyin bərpası günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

Gəncə Dövlət Universitetində “18 Oktyabr-Müstəqilliyin bərpası günü”nə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq bu tarixi günün əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, Vətən Müharibəsində tarixi qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, onun dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edirdi. Odur ki, belə qərara alındı ki, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü, mayın 28-i isə Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilməsi ilə bağlı Milli Məclisə daxil olmuş sənəd haqlı olaraq öz təsdiqini tapdı.

Rektor daha sonra demişdir ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu var. Bəşəriyyətin yetişdirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixi gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdən biridir. Məhz bu gün qeyd etdiyimiz Müstəqillin Bərpası Günündə o dahi şəxsiyyəti- Heydər Əliyevi yada salmamaq mümkün deyil. Bütün sahələrdə qazandığımız uğurlara görə Azərbaycan xalqı ona borcludur.

Sonra universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevanın “Heydər Əliyev irsi:müasir dövlətçilik və müasirlik”, Azərbaycan tarixi kafedrasının baş müəllimi İlham Məmmədovun “Əbədi və dönməz müstəqilliyimiz-tarixi nailiyyətimizdir”, Ümumi tarix kafedrasının baş müəllimi İsmayıl İsmayılovun “ Müstəqilliyimizin bərpasından ötən 30 il” və sosial fənlər kafedrasının baş müəllimi Şəhriyar Quliyevin “Milli müstəqilliyimiz ən böyük sərvətimizdir” mövzularında məruzələri dinlənilmişdir.

Mətbuat və ictimaiyytlə əlaqələr xidməti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024