Mobil versiya
Müasir dövrün yeni lideri
Tarix: 18-10-2021 | Saat: 14:40
Bölmə:Təhsil | çapa göndər

Müasir dövrün yeni lideri

Bir sıra tanınmış siyasi nəzəriyyəçilər belə hesab edirlər ki, ümummili liderlər ancaq fəaliyyətləri müddətində deyil, həm də özündən sonrakı dövr üçün liderlik məktəbini yarada bilən şəxsiyyətlərdir. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə sübut etdi ki, o, Heydər Əliyev məktəbini yüksək səviyyədə mənimsəmiş və yeni tarixi epoxanın irəli sürdüyü çağırışları qabaqlamış, mühüm strateji zəkaya və praktiki səmərəli fəaliyyət metodlarına malik olan dünya miqyaslı bir liderdir.

İlham Əliyev XXI əsrdə Azərbaycanı yüksək inkişaf etmiş müstəqil dövlətlər sırasına çıxarmağa tam qadir olan əsl liderdir. Bununla da Ulu Öndərin sovet dövründə Azərbaycanı ölkə kimi, XX əsrin 90-cı illərində isə respublikamızı müstəqil dövlət kimi xilas etməsi prosesi Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla və qətiyyətlə həyata keçirilmişdir. Bu tarixi mərhələdə İlham Əliyev işğalçı Ermənistan üzərində savaşı qazanaraq sübut etdi ki, Azərbaycan nəinki müstəqil dövlət kimi inkişaf etməyə qadirdir, o həm də regionun aparıcı dövləti və qalib lideri olmaq qüdrətindədir.

Bu gün Prezident İlham Əliyevin sayəsində Azərbaycan Respublikası regionun lideri kimi dünya səviyyəsində aktiv fəaliyyət göstərmək imkanına sahib olan qalib dövlətdir. Bu çoxcəhətli fəaliyyət böyük iqtisadi inkişafı, milli mədəniyyəti, multikulturalizmi, enerji layihələrini, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası münasibətlərin təşkilini, regionda balansı saxlaya biləcək hərbi qüdrəti təmin etmək məsələlərini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın çoxəsrlik tarixi salnaməsinə Zəfər günü həqiqətlərini yazmaqla bərabər, həm də ölkəmizi bütün sahələr üzrə irəli aparmağı bacaran, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli lider kimi qəbul olunur. Möhtərəm Prezidentin qətiyyətlə həyata keçirməyə başladığı “Böyük Qayıdış” proqramı həm Qarabağın, həm də geniş mənada Azərbaycanın yeni sabahlarını aydın surətdə təsəvvür etməyə imkan verir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün dünyanın söz sahibi olan əsl liderlərindən biri kimi qəbul edilir.

Göründüyü kimi, müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin mükəmməl dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində özünün əsas siyasi-ideoloji və iqtisadi dayaqlarını qurub möhkəmləndirmişdir. Prezident İlham Əliyevin liderliyi ölkəmizi müasir dövrün yeni tarixi inkişaf mərhələsinə çatdırmışdır. Bu gün Prezident İlham Əliyevin simasında müstəqil Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, Qoşulmama Hərəkatında, Türk Dövlətləri Əməkdaşlıq Şurasında, Ümumdünya Səhiyyə Təşkilatında, digər mötəbər beynəlxalq qurumlarda tutduğu mövqe, qazandığı böyük nüfuz yalnız super dövlətlərlə müqayisə oluna bilər.

Bütün bunlar göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir dünyanın güclü dövlət liderlərindən biridir. Azərbaycan Respublikası Prezident İlham Əliyevin liderliyi ilə böyük sabahlara doğru inamla addımlamaqda davam edir.

Gülər Babayeva
Arbatan kənd sakini, müəllim
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024