Mobil versiya
YAP Şəmkir rayon təşkilatında "Şəhid ailələrinə qayğı" aksiyası davam edir
Tarix: 15-10-2021 | Saat: 13:00
Bölmə:Cəmiyyət | çapa göndər

YAP Şəmkir rayon təşkilatında "Şəhid ailələrinə qayğı" aksiyası davam edir

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının əməkdaşları və fəalları İkinci Qarabağ savaşında Vətənimizin müdafiəsi uğrunda canından keçən şəhidlər - Zəyəm qəsəbədən olan Pərvin Natiq oğlu Məmmədovun, kapitan Arzu Seymur oğlu İsgəndərovun, Düyərli kəndindən Rövşən İsrafil oğlu Əliyevin, aprel şəhidi Altun Fərman oğlu Dəmirlinin, Zəyəm-Cırdaxan olan Ruslan İlqar oğlu Nərimanzadənin, İsrayıl Səməd oğlu Hacıyevin məzarları ziyarət edilib, dərin ehtiramla yad edilərək üzərlərinə tər gül-çiçək dəstələri düzülüb

Daha sonra şəhidlərin ailələrini evlərində ziyarət ediblər.

Çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi: “Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycan Ordusu döyüş meydanında düşmənə layiqincə cavab verərək onları torpaqlarımızdan qovdu. Qısa zaman kəsiyində - 44 gün ərzində Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir. Bir neçə gün əvvəl Hadrutun düşməndən azad edilməsini qeyd etdik. Mənfur ermənilər Hadrutu alınmaz qala adlandırırdılar, lakin qüdrətli ordumuz qısa zaman ərzində bu ərazini tamamilə işğaldan azad etdi. Hadrutun düşməndən təmizlənməsi ilə Füzuliyə yol açıldı. Füzuli də qısa zamanda erməni tapdağından azad olundu. Beləliklə, Qələbəmizin təməli olan Şuşanın azad olunması istiqamətində işlərə başlanıldı. Bu Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı.”

Digər çıxış edənlər qeyd etdilər ki, bu gün Azərbaycanda güclü xalq-iqtidar-ordu birliyi mövcuddur: “Bu birlik, həmrəylik sayəsində Azərbaycan Vətən müharibəsində böyük Zəfər qazandı, “Dəmir yumruq” əməliyyatı ilə 44 gün ərzində doğma torpaqlarımızı düşmən tapdağından azad etdik. Əsgər və zabitlərimiz heç nədən qormadan, çəkinmədən böyük şücaət göstərərək yalnız Vətənin bütövlüyü haqqında düşünürdülər. Şəhidlərimiz haqqında hər birimiz ürəkdolusu danışa bilərik. Xalqımız şəhidlərimizin adını hər zaman yaşadacaq.
Şəhidlərin valideynləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024