Mobil versiya
Böyük Qələbəmizin unudulmaz tarixi
Tarix: 14-10-2021 | Saat: 15:44
Bölmə:Media | çapa göndər

Böyük Qələbəmizin unudulmaz tarixi


Sentyabrın 27-dən başlanan müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi,beləliklə Azərbaycan böyük zəfər qazandı. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunu 44 günə dağıtdı, alt üstü etdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Doğma torpaqlarımız düşmən tapdağından xilas oldu. Öz sahiblərinə geri qaytarıldı. Təbii ki, bu belə də asan olmadı, bizim igid, mərd oğullarımız öz canlarını torpağa fəda etməyi etməyi öz borcları bilib qorxmadan yağı düşmənin üzərinə getdi, onlar çox yaxşı bilirdilər ki, bu yolun sonu yoxdu. Amma Vətəni özlərindən və ailələrindən daha çox sevdikləri üçün bu yolda qorxmadan addımlayırdılar. Sonda üç mindən çox igid şəhadət şəhadət şərbətini içdi. Ən uca zirvəyə yüksəldilər.

Bu 44 gündə bütün ölkə vətəndaşları bölgəsindən asılı olmayaraq qarabağlı idi. Xain düşmənin bombaladığı Tərtərin, Gəncənin, Bərdənin dinc sakinlərinin dərdini hamımız çəkirdik. Onlar da “canımız, ev-eşiyimiz əsgərlərimizə qurbandır, təki yurdumuzu mənfur düşməndən azad etsinlər” deyirdilər.

Əsgərlərimiz necə qeyrətli,igidlik göstərirdisə, arxada cəbhə də olan bütün xalqımız da səbr, təmkin ilə qələbə xəbərini gözləyirdi. Xalq Prezidentimizə çox inanırdı, güvənirdi. Tarixi qələbəmiz bu baxımdan mənəvi dünyamızı da çox zənginləşdirdi. Xalqın dövlətə və dövlətçiliyə bağlılığını daha da artırdı. Biz həmişəlik yadda saxlamalıyıq ki, bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq.
Vətəni üçün şəhid olan canını fəda edən igidlərimizin ruhu şad olsun.Biz bu unudulmaz qələbəni onlara borcluyuq.

Mirqiyam Məmmədov,
YAP Sabirabad rayon təşkilatını Baş məsləhətçisi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024