Mobil versiya
COVID-19 əleyhinə peyvəndin üçüncü dozasını qəbul edənlər arasında xəstəliyi ağırkeçirmə və ölüm halları aşağı səviyyədədir
Tarix: 11-10-2021 | Saat: 09:04
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

COVID-19 əleyhinə peyvəndin üçüncü dozasını qəbul edənlər arasında xəstəliyi ağırkeçirmə və ölüm halları aşağı səviyyədədir

Koronavirusla mübarizənin ən effektiv yolu vaksinasiyadır. Aparılan tədqiqatlara görə, COVID-19 əleyhinə tam peyvəndləmədən bir müddət sonra anticisimlərin miqdarı azala və qorunma səviyyəsi zəifləyə bilər. Ona görə də mütəxəssislər üçüncü – buster dozanın vurulmasını tövsiyə edirlər.

Azərbaycanda da üçüncü doza ilə peyvəndləmə işləri aparılır. İlkin dozanın üzərindən 6 ay və daha çox keçmiş yüksək risk şəraitində işləyənlər - səhiyyə, təhsil, vətəndaşlara xidmət sektorunun və s. işçiləri, 65 yaşdan yuxarı vətəndaşlar, yaşı 18-dən yuxarı olan və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin mütləq şəkildə buster doza ilə peyvəndlənməsi məsləhət görülür. Dünya praktikasına əsasən, üçüncü doza qəbul edənlər arasında xəstəliyi ağırkeçirmə və ölüm halları aşağı səviyyədədir. Bunları nəzərə alaraq və pandemik dönəmin hələ də davam etdiyini düşünərək peyvəndin üçüncü dozasının qəbul edilməsi məqsədəuyğundur.

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Natiq Əliyev söyləyib.

Həkim-infeksionistin sözlərinə görə, bəzən vətəndaşlar əsassız şəkildə peyvənddən imtina edir, şəkərli diabetdən, allergiyadan əziyyət çəkdiklərini deyib peyvənd vurdurmamağa çalışırlar. Lakin kəskin bir vəziyyət olmadığı halda mütləq peyvəndlənmə aparılmalıdır. Bəzən birinci və ya ikinci dozadan sonra nadir də olsa, ciddi yan təsir müşahidə edilə bilər. Belə hallara çox az da olsa, dünya praktikasında rast gəlinir. Həmin hallarla rastlaşan vətəndaşlar müraciət edərək həkim komissiyası tərəfindən müayinə olunmalıdırlar. Bundan sonra vaksinə əks-göstəriş üçün baxıla bilər.

“Son günlər yoluxma saylarındakı azalma vətəndaşlar arasında çaşqınlıq və arxayınlıq yaratmamalıdır. Çünki payız mövsümü respirator xəstəliklərin aktivləşdiyi dövrdür. Koronavirusun yayılması üçün mövsüm fərqi olmamasına baxmayaraq, payız-qış mövsümü yoluxma hallarının artımı üçün daha təhlükəli vaxtlardır. İnsanların qapalı məkanlarda sıx toplaşması, havaların soyuması ilə əlaqədar olaraq otaqlarda pəncərələrin bağlı saxlanılması, ən əsas da immunitetin zəifləməsi COVID-19-un yayılması üçün əlverişli mühit yaradır. Koronavirusun digər respirator infeksiyalarla birlikdə keçirilməsi isə xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. Odur ki, pandemiyanın əvvəlindən tövsiyə edilən qızıl qaydalara əməl olunması və vaksinasiya prosesində aktiv iştirak önəmlidir”, - deyə N.Əliyev diqqətə çatdırıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024