Mobil versiya
İmtahanların idarə olunmasına COVID-19 pasportu olan şəxslər cəlb ediləcək
Tarix: 08-10-2021 | Saat: 16:40
Bölmə:Təhsil | çapa göndər

İmtahanların idarə olunmasına COVID-19 pasportu olan şəxslər cəlb ediləcək


Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların təşkili və idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində müxtəlif qurumlarda çalışan xeyli sayda əməkdaş cəlb olunur.

Dövlət İmtahan Mərkəzindən aia.az-a verilən məlumata görə, koronavirus xəstəliyinin yayılması əleyhinə həyata keçirilən tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların idarə olunmasına COVID-19 pasportu olan şəxslər cəlb olunacaqlar.

Dövlət İmtahan Mərkəzinin məlumat bazasında olan və müxtəlif təyinatlı imtahanlara cəlb olunan şəxslərin müvafiq pasportunun olması əvvəlcədən yoxlanılacaq və imtahanlara peyvənd (hər iki doza) və ya immunitet sertifikatı olan şəxslər dəvət olunacaqlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024