Mobil versiya
Gücümüz birliyimizdədir!
Tarix: 08-10-2021 | Saat: 16:04
Bölmə:Media | çapa göndər

Gücümüz birliyimizdədir!


Xilaskar Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri artıq müntəzəm hal alıb. Qələbədən bir neçə gün sonra dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin ərazilərə səfər etməsi Ermənistanın işğalçılıq siyasətinin sona çatmasının göstəricisi idi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş strategiyası sayəsində şanlı ordumuzun 30 illik işğala son qoyaraq torpaqlarımızı azad etməsi dövlətçilik tariximizə şanlı səhifə kimi həkk olundu. Bu zəfər uşaqdan- böyüyə qədər hər birimizə intizarında olduğumuz qələbənin sevincini yaşatdı.

Haqq-ədalət uğrunda apardığımız bu müharibədə qazandığımız tarixi qələbə Azərbaycanı bütövləşdirdi, daha da müba¬riz etdi, milli həmrəyliyimizi gücləndirdi. Bu qələbə, həm də dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Biz qalib xalqın nümayəndələri olmağımızla, belə bir ölkədə yaşamağımızla və bu qələbəni bizə bəxş edən ordumuzla fəxr edirik. Dövlətimizin başçısı Cəbrayıl rayonunda səfərdə olarkən ictimaiyyət nümayəndələri ilə görüşü zamanı da bunu diqqətə çatdırdı.

Ölkə başçımız, Partiyamızın sədri cənab İlham Əliyev dedi ki, biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Qələbəmizin rəmzi olan dəmir yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik.

Ermənistan rəhbərliyinin sərsəm bəyanatlarına diqqət çəkən ölkə başçısı ermənilərin otuz il ərzində uydurduqları mi¬fologiyadan əsər-əlamət qalmadığını bildirdi: “ Bəs, haradadır onların “müzəffər” ordusu? Haradadır “yenilməz” erməni əsgəri? Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı, öz dərsini aldı. Daha heç kim dünyada “müzəffər erməni əsgəri” haqqında bir söz demir. Çünki on min fərarisi olan orduda hansı şücaətdən, han¬sı qəhrəmanlıqdan söhbət gedə bilər? Heç kim “yenilməz Ermənistan ordusu” haqqında danışmır. Ermənistan ordusu yoxdur. Biz onu məhv etmişik, dibdən-kökdən məhv etmişik”.

44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri “yenilməz Ermənistan ordusu”nun otuz il ərzində yığdıq¬ları bütün texnikanı darmadağın etdi. Hazırda Ermənistan ordusunun atıb qaçdığı silah-sursa¬tın bir hissəsi Hərbi Qənimətlər Parkında nüma¬yiş etdirilir. İşğalçı ordunun canlı qüvvəsini də məhv etdik. Dövlətimizin başçısı bildirdi ki, bütün bunları qəhrəman Azərbaycan Ordusu edib. Ona görə bu mifologiyaya son qoyuldu. Bizə qarşı olan bütün digər erməni iddialarına tədricən son qoyulmalıdır.

Son 18 ildə möhtərəm Prezidentimiz verdiyi bütün vədlərə layiqincə əməl edib. Oktyabrın 4-də Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı da bunu bir daha diqqətə çatdırdı: “ Mən bunu demişəm və mən söz deyəndə elə-belə söz demirəm. Bu günə qədər nəyi demişəmsə, hamısını da etmişəm. Ona görə bundan sonra da Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasın¬dan əl çəkməlidirlər. Dənizdən-dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiala¬rından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur. Məcbur edəcəyik onları”.


Əlistan Heydərov,
YAP Göygöl rayon təşkilatının Üçbulaq kənd ümumi orta məktəb ərazi ilk partiya təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə