Mobil versiya
Canni De Byazi: "İrlandiya millisi üçün həyatı çətinləşdirə bilərik"
Tarix: 07-10-2021 | Saat: 09:59
Bölmə:İdman | çapa göndər

Canni De Byazi: "İrlandiya millisi üçün həyatı çətinləşdirə bilərik"

"Bütün fikrimi İrlandiya ilə oyuna yönəltmişəm və gələcəklə bağlı hər şeyi arxa plana atmışam. İnanıram ki, oyunda intensivlik, ürək və təşkilatlanmış iş ortaya qoysaq, rəqib üçün həyatı çətinləşdirə bilərik".

Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İrlandiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "İndependent.ie" nəşrinə açıqlamasında deyib.

65 yaşlı mütəxəssis Dublində 1:1 hesablı heç-heçə etdikləri görüşü xatırlayıb: "Meydanda gördüklərimizə görə həmin nəticə ədalətli idi. Amma son dəqiqələrdə qol buraxmaq heç də xoş deyil. Düşünürəm ki, İrlandiya keyfiyyətli gənc oyunçuları olan yaxşı komandadır. Onların bir çoxu İngiltərə Premyer Liqasında oynayır. Bu səbəbdən, bizim üçün hər zaman böyük diqqətlə qarşılanacaq rəqibdir".

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024