Mobil versiya
UEFA "Qarabağ"ın futbolçusunu fərqləndirib
Tarix: 06-10-2021 | Saat: 15:48
Bölmə:İdman | çapa göndər

UEFA "Qarabağ"ın futbolçusunu fərqləndirib

UEFA Konfrans Liqasının qrup mərhələsində II turun statistik göstəriciləri açıqlanıb.

AİA.Az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ" klubundan Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular siyahısına düşüb.

27 yaşlı müdafiəçi Kiprdə "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə 86 dəfə dəqiq ötürmə verib. Kolumbiyalı oyunçu bu göstəricidə İngiltərə "Tottebhem"indən Kristian Romero ilə birlikdə 4-5-ci yerləri bölüşdürür.

Danimarka "Kopenhagen"indən Nikolay Boylesen (106) siyahıya başçılıq edir. "Tottenhem"dən Harri Uinks (95) ikinci, Finlandiya HİK-indən Valtteri Moren (86) üçüncüdür.

Qeyd edək ki, ilk turda Bakıda İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edən Ağdam klubu III turda Qazaxıstanın "Kayrat" komandasını qəbul edəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024