Mobil versiya
"Kişi arvadına sosial şəbəkəyə girməyə qadağa qoymalıdır"
Tarix: 06-10-2021 | Saat: 12:27
Bölmə:Şou-biznes | çapa göndər

"Kişi arvadına sosial şəbəkəyə girməyə qadağa qoymalıdır"

"Kişilərin yerinə olsaydım qadınlara bir qadağa qoyardım: balaca telefon alardım, sosial şəbəkələrdən istifadə etməsinə icazə verməzdim. Ailələrin dağılmasına səbəb sosial şəbəkələrdir".

AİA.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Samirə Yusifqızı deyib. Onun açıqlaması müzakirələrə səbəb olub. Samirə bildirib ki, kişilər xanımlarına sosial şəbəkədən istifadəyə icazə verməməlidir:

"Cavan 21-22 yaşında gəlin bütün günü İnstaqramda sosial şəbəkədə oturursa, nə öyrənir? Elə telefon verilsin ki, ona ancaq zəng gəlsin və zəng getsin: "yes" və "no". İndiynə qədər sosial şəbəkə yox idi, geri qalmışdıq?

Oturub baxır ki, kimsə arvadını apardı dağa dincəlməyə, başlayır mən də getmək istəyirəm, qısa geyinmək istəyirəm".

Qeyd edək ki, meyxanaçının açıqlamasının yer aldığı video sosial şəbəkədə tənqid edilib. Bir çox insanlar onun dediklərinin mənasız olduğunu yazıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024