Azad edilmiş ərazilər Azərbaycana investisiyaları xeyli dərəcədə artıracaq - Nazir
Tarix: 06-10-2021 | Saat: 11:42
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər
Azad edilmiş ərazilərə xarici sərmayə cəlbi Azərbaycan iqtisadiyyatına investisiyaları xeyli dərəcədə artıracaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda çərşənbə günü keçirilən tədbirdə deyib.
M.Cabbarov deyib ki, Azərbaycan öz ərazilərini erməni işğalından azad etdikdən sonra həmin ərazilərin bərpası, insanların orada təhlükəsiz şəkildə məskunlaşdırılması, iqtisadi inkişafın təmin edilməsi, ölkə iqtisadiyyatına inteqrasiya edilməsi və digər bu kimi çağırışlar qoyur.
Nazir bildirib ki, Azərbaycanın bu istiqamətdə prioritetləri dayanıqlı inkişaf məqsədlərinin prioritetləri ilə üst-üstə düşür.
M.Cabbarovun sözlərinə görə, işğal dövründə ermənilər həmin ərazilərdə yaşayış evlərini, sosial obyektləri dağıdıb, iqtisadiyyatı məhv edib, ekoloji fəlakət törədib.
Nazir qeyd edib ki, həmin ərazilərin bərpa edilməsi böyük maliyyə vəsaiti tələb edir: "Azad edilmiş ərazilərə xarici səraməyənin cəlb edilməsi Azərbaycan iqtisadiyyatına investisiyaları xeyli dərəcədə artıracaq".
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu