Mobil versiya
Nazir təhsil almaq üçün xaricə göndəriləcək tələbələrdən danışıb
Tarix: 01-10-2021 | Saat: 14:21
Bölmə:Karusel / Təhsil | çapa göndər

Nazir təhsil almaq üçün xaricə göndəriləcək tələbələrdən danışıb

“Xaricdə təhsil alan məzun kimi deyə bilərəm ki, bu proqramın icrası bir çox azərbaycanlı gəncin həyatını yaxşı mənada dəyişib”.

Bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib.

Nazir bildirib ki, sərəncama əsasən, iki ay ərzində proqramın hazırlanması tapşırılığı verilib: “Bu müddət ərzində aidiyyəti qurumlarla müzakirələr aparılacaq. Güman edirəm ki, önümüzdəki həftələrdə proqram hazırlanaraq rəhbərliyə göndəriləcək”.

O qeyd edib ki, yeni proqram müxtəlif prioritet sahələr üzrə gənclərin xarici ail təhsil müəssisələrinə göndərilməsini nəzərdə tutu: “Hər il bir neçə yüz gəncin təhsilindən danışılır. Yeni proqramda ixtisas sahəsi üzrə yüksək reytinqə sahib olan ixtisasları, proqramları müəyyən edəcəyik”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024