Mobil versiya
“Efirdə ailənin intim məsələləri göstərilməməlidir, bir o qalıb ki...” – Rövşanə
Tarix: 01-10-2021 | Saat: 12:28
Bölmə:Şou-biznes | çapa göndər

“Efirdə ailənin intim məsələləri göstərilməməlidir, bir o qalıb ki...” – Rövşanə

AİA.Az tanınmış telejurnalist Rövşanə Ağasəfqızının yenisabah.az-a müsahibəsni təqdim edir:

- Rövşanə xanım, son zamanlar aparıcıların tez-tez bir kanaldan digərinə keçməsinin şahidi oluruq. Sizcə, bunun səbəbi nədir?

- Aparıcıların bir kanaldan, digər kanala transfer etməsinə normal baxıram. Çünki 5-6 televiziyamiz var və aparıcılar da həyatlarını televiziyaya bağlayıblar. Aparıcılar bir kanalla yollunu ayırmaq məcburiyyətində qalırlarsa, təbii ki, başqa kanala kecəcəklər. Bu insanların işi televizyonçuluqdur. Haradasa sözlər üst-üstə düşmürsə, fikir ayrılığı yaranırsa, bu öncə yaradıcılığa mənfi təsir göstərəcək. Hesab edirəm ki, yaradıcılıq baxımından aparıcının başqa kanala transferi normaldır.

- Televiziyalarımızda köklü dəyişikliklərə ehtiyac varmı?

- Televiziyalarda dəyişikliyin olması heç də pis olmazdı. Ailə məişət mövzuları, qalmaqallar, ailə problemləri üzərində qurulan şoulaşdırılmış verilişlər... Mənim əlimdə səlahiyyət olsa idi, bu cür verilişlərin yayımına icazə verməzdim. Efirdə ailənin intim məsələləri, bir-birlərinə qarşı düşmən münasibət göstərilməməlidir. Əvvəllər ailə içərisində uca səslə danışanda belə deyirdilər ki, "yavaş danış, qonşu eşidər, biabır olarıq". İndi isə ailələr çox rahat, açıq-saçıq şəkildə hər problemlərini efirdə danışırlar, bir o qalıb ki, söyüş söysünlər. Bu cür verilişlərin yayımına qarşıyam. Lakin tamaşaçı nəyə baxır, hansı verilişlər reytinq qazanır, pul hansı verilişə gəlir bu ayrı mövzudur.

- Şou biznes əhlinin aparıcılığa marağı artıb. Sizcə, bunun səbəbi nədir? Aparıcılıq etmək üçün tanınmış olmaq kifayətdirmi?

- Bu sözü hər zaman deyirəm, aparıcı olmaq üçün savad, intellekt lazımdır. Kimsə bu peşədən istifadə edib, ulduz olmağı düşünürsə, yalnış fikirdədir. Bayağılıq yetəri qədərdir. Sanki kim daha çox şitlik etsə o qədər reytinqi artacaq, tamaşaçı kütləsi çoxalacaq. Bu prinsip nə qədər hökmran olacaqsa, telekanallar bir o qədər uduzacaq. Qaldı ki, müğənnilərin aparıcılıq etməsi məsələsi, bu bütün dünyada var. Qardaş Türkiyədə də məşhur müğənnilərin aparıcılıq etməsinin şahidi oluruq. Başı, ağlı varsa etsin.

- Aparıcılıq etmək istəyən müğənni nələrə diqqət etməlidir?

- Bizdə də aparıcılıq edən müğənnilər var. Lakin onlar bədən şəkilləndirmədən əvvəl bir beyinlərini itiləsinlər. Televiziya bir güzgüdür. O güzgüdən intellekt, savad, danışıqda olan problemlər nəzərə çarpır. Təəssüf ki, adamlar ədəbiyyatdan, mütaliədən uzaq düşüblər. TV-də veriliş aparan kəs ömründə bir kitabı sonacan oxumuyubsa, ona necə efir vermək olar. Yel əsib, qoz tökülməyib e, aparıcılıq peşəsində... Müğənnilər şou verilişi aparmaq istəyirlərsə, aparsınlar. Musiqimizdən, musiqi tariximizdən, mədəniyyətimizdən çox demirəm, bir az xəbərləri olsun. Gündə bir zər-ziba paltar dəyişib, salonlarda, makiyaj ustalarını efir hesabına reklam edib ortalığa çıxanlar, redaktorun yazdıqlarını baş-ayaq, səhv-sühv çatdırıb, ağzına gələni danışıb tamaşaçının zövqünü korlamağa haqları yoxdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024