Mobil versiya
Polkovnik düşmənin Horadizə əks-hücum cəhdindən danışdı
Tarix: 01-10-2021 | Saat: 12:20
Bölmə:Ölkə | çapa göndər

Polkovnik düşmənin Horadizə əks-hücum cəhdindən danışdı

Bütün döyüşlərə rəhbərliyi Ali Baş Komandan İlham Əliyev edirdi. Düşmən oktyabrın 7-8-də Horadiz istiqamətində əks-hücuma keçmişdi. Amma bizim hərbçilərimizin şücaəti sahəsində onlar ağır itkilər verdi və geri çəkildilər.

AUA.Az Report-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının ordusuna göstərdiyi diqqət unudulmazıdır:

“Döyüşdə general, əsgər, zabit söhbəti yox idi. Hamı döyüşçü idi. Amma erməni ordusunda zabitlər əsgərlərini atıb qaçırdılar. Ermənistan ordusunda minlərlə fərari var idi. İndi onlara qarşı cinayət işləri açılıb. Amma Azərbaycan Ordusu hər gün irəli gedirdi, hər bir vətəndaş ordu sıralarına qoşulmaq istəyirdi”.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-03-2025