Mobil versiya
Rafael Cəbrayılovun xroniki xəstəlikləri var idi və vaksinasiyadan imtina etmişdi - Penitensiar xidmət
Tarix: 30-09-2021 | Saat: 13:40
Bölmə:Media | çapa göndər

Rafael Cəbrayılovun xroniki xəstəlikləri var idi və vaksinasiyadan imtina etmişdi -

Ədliyyə Nazirliyinin Penitensiar xidməti sabiq deputat Rafael Cəbrayılovun ölümü ilə bağlı məlumat yayıb.

Xidmətdən aia.az-a verilən məlumata görə, vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Milli Məclisin sabiq üzvü Cəbrayılov Rəfael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan R.Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınıb:

"Bundan sonra R.Cəbrayılovdan "COVİD-19" infeksiyasına qarşı test nümunələri götürülüb və nəticəsi pozitiv çıxıb.

Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina etmiş 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən R.Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün "Yeni Klinika" xəstəxanasına yerləşdirilib.

Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat edib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə