Məktəbdə valideynlə mühafizəçi arasında niyə dava düşüb? - AÇIQLAMA
Tarix: 30-09-2021 | Saat: 12:38
Bölmə:Təhsil | çapa göndər
Bakıda yerləşən "Landau School" adlı məktəbdə valideynlə mühafizə əməkdaşları arasında dava düşüb. Görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı "Landau School"dan Trend-ə verilən açıqlamada bildirilib ki, hadisə özünü valideyn kimi təqdim edən şəxsin uşağı məktəbdən götürmək istəməsi səbəbindən baş verib:
"Bu məktəbdə təhsil alan bütün şagirdlərin valideynlərinə kart verilib. Hər bir valideyn uşağı məktəbdən aparanda həmin kartı təqdim edir. Lakin gələn şəxs kartını təqdim etmədən uşağı götürmək istəyib. Mühafizəçi icazə vermədiyi üçün həmin şəxs ona hücum edib və mübahisə düşüb. Biz haradan bilə bilərik ki, həmin şəxs uşağın həqiqətən də valideynidir. Uşağa görə məsuliyyət bizim üzərimizdədir. Daxili qaydalara görə, kartsız heç bir şəxsə uşaq təhvil verilmir. Məktəbin hər yerində kameralar var və görüntülər hüquq mühafizə orqanlarına təqdim olunacaq. Bizdə heç bir günah olmayıb. Hazırda proses gedir. Sonda bütün məlumatlar açıqlanacaq".
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə Trend-ə açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar: “Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu