Mobil versiya
Ronaldonun qolu "Mançester Yunayted"ə ÇL-də qələbə qazandırdı
Tarix: 30-09-2021 | Saat: 09:48
Bölmə:İdman | çapa göndər

Ronaldonun qolu "Mançester Yunayted"ə ÇL-də qələbə qazandırdı

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin "Mançester Yunayted" klubu İspaniyanın "Vilyareal" klubunu qəbul edib.

aia.az-ın məlumatına görə, "Old Trafford" stadionunda keçirilən qarşılaşma meydan sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Mançester Yunayted"in heyətində qolları Aleks Telles (60-cı dəqiqə) və Kristiano Ronaldo (90+5) vurublar. Qonaqların yeganə qolunu 53-cü dəqiqədə Pako Alkaser vurub.

F qrupunun digər qarşılaşmasında İtaliyanın "Atalanta" klubu İsveçrənin "Yanq Boyz" klubu üzərində minimal hesablı qələbə qazanıb - 1:0. Oyunda yeganə qolu 68-ci dəqiqədə M.Pessina vurub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə