Universitetlərdə COVİD-19 pasportuna görə yaranan sıxlığın qarşısı necə alınır? - AÇIQLAMA
Tarix: 30-09-2021 | Saat: 09:26
Bölmə:Təhsil | çapa göndər
Sentyabrın 29-dan Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılıb.
Universitetlərdə tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesi qapıda sıxlıq yaranmasına səbəb olub.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva qeyd edib ki, tələbə sayının çox olması səbəbindən bu cür sıxlıqların yaranması gözlənilən haldır:
“Universitetdə təhsil alan hər bir tələbənin eyni vaxtda yoxlanılması mümkün deyil. Lakin sıxlığın qarşısının alınması məqsədilə birinci kurslar üçün fakültələrin adları qeyd edilən lövhələr təşkil edilib. Hər bir tələbə təhsil alacağı fakültənin adı qeyd edilən lövhənin qarşısında toplaşaraq, fakültələrinə yönləndirilir.”
Azərbaycan Texniki Universitenin Mətbuat Katibi Sevinc İsgəndərova isə bildirib ki, sıxlıq yaranmaması üçün tələbələrin universitetə daxil olması iki ayrı qapıdan həyata keçirilib:
“İlk olaraq tələbələrin temperaturu yoxlanılır. Bunun üçün hər qapıda 10 əməkdaş xidmət göstərir. Hər iki qapıda ümumilikdə 10 ədəd turniket quraşdırılıb. Onu da qeyd edim ki, turniketdən istifadə etmək üçün tələbələrə smart kartlar paylanılır. Tələbələrin COVID-19 pasportu da həmin smart karta inteqrasiya olunub. Bu da o deməkdir ki, turniketdən istifadə zamanı vaksinasiyadan keçən və keçməyən tələbələr (18 yaşdan yuxarı) avtomatik müəyyən olunur. 18 yaşdan yuxarı COVID-19 pasportu və ya immun sertifikatı olmayan tələbələr universitetə buraxılmayacaq.
Azərbaycan Texniki Universitetində (AzTU) tədris həm ənənəvi həm də onlayn təşkil olunub. Həftənin 1,3 və 5-ci günləri dərslər onlayn olacaq. Həmin günlər mühazirə dərsləri keçiləcək. Məşğələ dərsləri isə həftənin 2-ci və 5-ci günləri ənənəvi formada təşkil ediləcək. 1-ci kurslar isə universitetə tanışlıq üçün dəvət olunub. Birinci kursların əksəriyyətinin 18 yaşı tamam olmadığı üçün onlardan COVID-19 psportu tələb olunmur.
Artıq tələbələrin 83%-i, müəllim və əməkdaşların isə 92%-i vaksinasiyadan keçib.”
Bakı Slavyan Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri həmçinin qeyd edib ki, hazırda Bakı Slavyan Universitetinin hər iki tədris binasında tələbələrin peyvənd olunmalarını təsdiq edən COVİD pasportları ardıcıllıqla, müvafiq tələblərə uyğun şəkildə həyata keçirilir və heç bir sıxlıq müşahidə edilmir. Tələbələr tədris auditoriyalarına vaxtında daxil olaraq dərslərinə başlayırlar.
Qeyd edək ki, dünəndən ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılıb. İbtidai siniflər üçün tədrisə isə sentyabrın 22-də start verilib.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu