ÜST: COVID-19 əleyhinə hansı peyvənddən istifadə etmək qərarını ölkələr özü verir
Tarix: 29-09-2021 | Saat: 13:47
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), koronavirus əleyhinə təcili istifadə etmək üçün tövsiyə olunan vaksinlərin siyahısını tərtib edir ki, ölkələri bu dərmanların effektivlik və təhlükəsizlik meyarları əsasında nəzərdən keçirilməsi prosedurundan keçdiyi barədə məlumatlandırsın, lakin dövlətlər hansı dərmanların istifadə olunacağına qərar vermək hüququna malikdirlər. AİA.Az TASS-a istinadla xəbər verir ki, bunu ÜST-nin rəsmi nümayəndəsi Marqaret Harris çərşənbə axşamı Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Jurnalistlər ona Ümumdünya Səhiyyə Təşkilatının, təşkilat tərəfindən təsdiqlənmiş peyvəndləri tanımayan ölkələrlə, onların təsdiqini almaq və bu cür dərmanlarla peyvənd edilmiş insanların xaricə səfərlərini asanlaşdırmaq üçün danışıqlar aparıb-aparmadığı haqqında sual verdilər. Cavab olaraq Marqaret Harris ÜST-də qüvvədə olan dərmanların təcili istifadə etmək üçün tövsiyə olunan dərmanlar siyahısına daxil edilməsi prosedurunun "dünya ölkələrinə siyahımızdakı peyvəndlərin bizə müraciət edən dərman şirkətləri tərəfindən hazırlandığına zəmanət vermək" məqsədi daşıdığını bildirib. Müraciətlərin nəzərdən keçirilməsi "təhlükəsizlik, effektivlik və istehsal prosesi"nin öyrənilməsinə əsaslanır", - deyə o qeyd edərək, izah edib: "Biz ölkələri, bu vaksinlərin bu meyarlara cavab verdiyini bildikləri üçün bu siyahıdan istifadə etməyə təşviq edirik”. “Lakin bir ölkənin peyvənd seçərkən necə davranacağı həmişəki kimi onun suveren haqqıdır", - deyə rəsmi nümayəndə sözlərini yekunlaşdırıb.
Bu günə qədər ÜST təcili istifadə üçün yeddi dərman tövsiyə edib: bunlar Sinopharm və Sinovac Çin şirkətlərinin vaksinləri, Amerika Birləşmiş Ştatlarından Pfizer və Almaniyadan BioNTech şirkətləri tərəfindən birgə hazırlanan Comirnaty peyvəndi, ABŞ-ın Johnson & Johnson şirkətinin bir hissəsi olan Janssen şirkəti tərəfindən hazırlanan peyvənd, ABŞ-ın Moderna şirkətinin peyvəndi, həmçinin AstraZeneca Böyük Britaniya-İsveç şirkəti və Oxford Universitetinin birgə hazırladığı peyvəndinin iki variantıdır.
ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus daha əvvəl bildirib ki, bir sıra ölkələrdə peyvənd pasportlarının istifadəsi başqa növ peyvəndlərdən istifadə edən dövlətlərin sakinlərinə qarşı ayrı-seçkiliyə gətirməməlidir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024