Mobil versiya
BDU-nun qarşısındakı izdihamın səbəbi açıqlanıb
Tarix: 29-09-2021 | Saat: 10:57
Bölmə:Karusel / Təhsil | çapa göndər

BDU-nun qarşısındakı izdihamın səbəbi açıqlanıb

Universitetlərin əyani tədrisə başladığı ilk gün tələbələrin COVID-19 pasportunun yoxlanılması Bakı Dövlət Universitetinin (BDU) qarşısında böyük izdihama səbəb olub.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bildirib ki, tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri səbəbindən sıxlıq yaşanıb:

"Mühafizəçilərimizin universitetin xaricinə nəzarət etməsi mümkün deyil. Lakin hər bir korpusda və fakültələrdə tələbələrin COVID-19 pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır".

Qeyd edək ki, bu gündən ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılıb. İbtidai siniflər üçün tədrisə isə sentyabrın 22-də start verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024