Müharibənin ilk günlərində əldə olunan uğurlar Qələbənin yaxınlaşdırılması və Orduda yüksək döyüş ruhunun qorunmasında mühüm rol oynamışdı
Tarix: 28-09-2021 | Saat: 10:07
Bölmə:Media | çapa göndər
Torpaqlarımızın, əzəli, əbədi yurd yerlərimizin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması idi. BMT–nin erməni hərbi birləşmələrinin işğal olunmuş Azərbaycan torpaqlarını qeyd–şərtsiz olaraq tərk etmələri ilə bağlı qəbul etdiyi dörd qətnaməni həll etməyə borclu olan ATƏT vəzifəsinin öhdəsindən gələ bilmədi. Nəticədə otuz ilə yaxın müddətdə ərazilərimizin iyirmi faizi Ermənistanın işğalı altında qaldı. Ona görə də Azərbaycan xalqının bu məsələni sülh yolu ilə həll olunmasına ümidi tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar səmərəsiz, faydasız qalmışdı, lazımi nəticəni verməmişdi. Ona görə də ərazilərimizin yalnız hərbi yolla əsarətdən qurtulması labüd idi. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin “İrəli!” əmri ilə rəşadətli Ordumuzun əsgər və zabitləri qətiyyətlə, cəsarətlə hücuma keçdilər və bir addım belə geri çəkilmədilər. Ordumuz qurtuluş savaşına atılaraq öz torpaqlarını mənfur düşməndən azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ölkə başçımız, Ali Baş Komandan İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibədə bildirmişdir: ”Vətən müharibəsinin ilk anından hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatları birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi –Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi.”
17 il ərzində Azərbaycanın ordu quruculuğunda aparılan genişmiqyaslı uğurlu islahatlar sayəsində Milli Ordumuz dünyanın ən müasir silah –sursatı, hərbi texnikası ilə təchiz olundu və dünyanın 50 –ci ən güclü ordusu oldu. Müharibə başlanacağı təqdirdə, hərtərəfli hazırlıq işləri həyata keçirilmişdi. Və bu qüdrətli ordu hərb meydanında nəyə qadir olduğunu nümayiş etdirərək işğalçı Ermənistan ordusunu, sözün əsl mənasında, diz çökdürdü. Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bu möhtəşəm Qələbənin memarı kimi Azərbaycanın şanlı qəhrəmanlıq tarixinin ən parlaq səhifəsinə adını qızıl xətlərlə həkk etmiş oldu. Dövlət başçımız sözügedən jurnalda vurğulamışdır: “Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları döyüş əməliyyatları başlanmazdan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna dəyişikliklər edirdik. Döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edilirdi. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə birgə hər gün müşavirələr keçirilirdi. Müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu.”
Onu da qeyd etmək lazımdır ki, Ermənistan 6 xətt istehkam qurmuşdu. Bölgənin coğrafiyası, relyefi də erməni faşistləri üçün olduqca əlverişli idi. İşğalçılar dağlarda yerləşmiş, bütün yüksəkliklər onların əlində idi. Ordumuzun əsgər və zabitləri isə aşağıdan yüksəkliklərə doğru getməli idilər. Bunun necə çətin və mürəkkəb olduğu hər bir kəsə yaxşı məlumdur. Möhtərəm Prezidentimizin “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibədə qeyd etmişdir ki, önəmli mərhələlərdən biri düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. İndi artıq işğaldan azad edilmiş ərazilərə gedənlər bu xəndəkləri görür, tank əleyhinə maneələrin, tikanlı məftillərin və minalanmış sahələrin bir hissəsi hələ qalır, bütün əraziyə yüz minlərlə mina basdırılıb və onlar hələ oradadır. Əgər biz elə ilk gündə düşmənin müdafiə xəttini yara bilməsəydik, işimiz daha çətin olardı. Bu, həm də hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı.
Azərbaycanın tarixi Qələbəyə imza atmasının əsas səbəblərindən biri də ondan ibarət idi ki, ayrı –ayrı vaxtlarda alınmış modern, ən müasir silahları, hərbi texnikanı yüksək səviyyədə və mükəmməl şəkildə mənimsəyərək döyüş əməliyyatlarında uğurla tətbiq etməsi idi. Müxtəlif ölkələrdən alınmış silahlardan son dərəcə bacarıqla, peşəkarlıqla istifadə olunması dünyanın aparıcı dövlətlərinin hərbi mütəxəssisləri tərəfindən öyrənilir. Azərbaycan Ordusunun taktiki gedişləri və strategiyası dünya hərb tarixində şərəfli yerlərdən birini tutur.
Ölkə başçımız verdiyi müsahibədə bildirmişdir: “Azərbaycan pilotsuz uçuş aparatları almağa 10 il bundan əvvəl başlamışdır. Bunlar İsrail istehsalı olan qırğın vasitələri idi. Biz onları mənimsədik və 2016 –cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdik. Daha sonra Azərbaycan İsraildə istehsal edilmiş “Sky Striker” adlı pilotsuz vasitələri almağa başlamışdır. Azərbaycan həm kəşfiyyat, həm də döyüş təyinatlı “Orbiter” PUA –ları da almışdır. Türkiyə PUA –lar istehsalına başlayan kimi biz “Bayraktar TB2”lərin ilk xarici alıcısı olduq. Döyüş əməliyyatları zamanı “Bayraktar”ların bir neçəsi daim havada olurdu. “Bayraktar TB2”lər həm də kəşfiyyat xarakteri daşıyır və buna görə onların təsirini bizim artilleriya atəş sistemləri, aviasiya sistemləri ilə əlaqələndirmək vacib idi.
Həm hərbi, həm siyasi –diplomatik, həm də informasiya sahəsində əldə olunan uğurlar Azərbaycanın tarixi Zəfərə imza atması ilə yekunlaşdı, işğal altında olan ərazilərimizin böyük hissəsi döyüş meydanlarında, Ağdam, Kəlbəcər və Laçın isə noyabrın 10–da Azərbaycan, Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən azad edildi. Ermənistan ordusu qüdrətli Azərbaycan Ordusu qarşısında təslim oldu.
Dövlət başçımız “Nasionalnaya oborona” jurnalına müsahibəsində vurğulamışdır: “Azərbaycan dəfələrlə elan etmişdir ki, Ermənistanın baş naziri işğal altında olan ərazilərdən çıxacağı tarixi deyən kimi biz müharibəni dayandırmağa hazırıq. Azərbaycanın bu mövqeyi haqqında bütün dövlətlər, o cümədən Rusiya məlumatlı idi. Azərbaycanın bu təklifinə reaksiya yalnız Şuşa şəhəri azad ediləndən sonra oldu. Əlbəttə, razılaşdırılmalı məsələlər həddindən çox idi. Bütün bunlar belə avral rejimində cərəyan edirdi. Düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki, həmin mətndə reallıqlar nəzərə alınmalı idi. Bu reallıqlar nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir və 10 noyabr tarixində imzalanmış Bəyanat bu faktı təsdiq edir.
Vadim Yaqubov,
Salyan şəhər 8 saylı tam orta məktəbin direktoru
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025