AZ RU Mobil versiya
Nəbi İsgəndərov: “27 sentyabr – Cənubi Qafqaz regionunun tarixində yeni bir eranın, tərəqqi və inkişaf dövrünün başlanğıcını qoydu”
Tarix: 26-09-2021 | Saat: 16:59
Bölmə:Ölkə | çapa göndər

Nəbi İsgəndərov: “27 sentyabr – Cənubi Qafqaz regionunun tarixində yeni bir eranın, tərəqqi və inkişaf dövrünün başlanğıcını qoydu”

“Məlum olduğu kimi, 30 ilə yaxın müddət ərzində davam edən bütün işğal dövründə Ermənistan silahlı qüvvələri istər Qarabağda, istərsə də digər sərhəd rayonlarında mütəmadi olaraq atəşkəsi pozur, ərazilərimizi müxtəlif çaplı silahlardan atəşə tuturdular. Nəhayət 2020-ci il sentyabr ayının 27-də növbəti dəfə təxribat törətməklə erməni təcavüzkarları özlərinin edam fərmanlarını imzaladılar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı erməni təxribatlarının qarşısını almaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatların başlanması əmrini verdi. Vətən müharibəsinin gedişində hətta taktiki məqsədlərlə belə bircə dəfə də geri çəkilməyən ordumuz daim irəlilədi və tezliklə torpaqlarımızın böyük bir hissəsi düşməndən təmizləndi. Noyabr ayının 8-də isə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu qədim Şuşa şəhərini işğaldan azad etməklə ən böyük zəfərlərindən birinə imza atdı. Bu zəfər Azərbaycanın apardığı Vətən müharibəsində həlledici məqamlardan biri oldu və bir gün sonra bu hərbi münaqişə Azərbaycanın tam qələbəsi ilə başa çatdı.”

Bu sözləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İsgəndərov aia.az saytına verdiyi müsahibəsində deyib.

Əməkdaşımızın suallarını cavablandırarkən Nəbi İsgəndərov xüsusi olaraq vurğulayıb ki, Qarabağ uğrunda gedən döyüşlər Azərbaycan tərəfi üçün Vətən müharibəsi, Ermənistan üçün isə işğalçı müharibə idi: “Ermənistan formal olaraq atəşkəs rejiminin davam etdiyi dövrdə də bu tələblərə əməl etmirdi. Mütəmadi olaraq ərazilərimiz atəşə tutulur, hətta yeni torpaqlar işğal etməyə cəhdlər olurdu. Lakin bu gün ermənilərin qarşısında duran qüvvə artıq ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi texniki cəhətdən zəif, yeni formalaşan, döyüş təcrübəsi və effektiv silahları olmayan bir ordu deyildi. Bu gün Azərbaycan Ordusu ən müasir silahlara, güclü texnikaya və böyük həcmdə resurslara malik olan bir ordudur. Ən əsası da bu ordunun başında möhtərəm Prezidentimiz cənab İlham Əliyev kimi müzəffər Ali Baş Komandan, arxasında isə yenilməz Azərbaycan xalqı durur. Əlbəttə ki, belə bir ordu istənilən aqressora layiqli cavab vermək iqtidarındadır və bu gün erməni işğalçıları bunu öz şəxsi təcrübələrində gördülər.”

Həmçinin müsahibimiz sona çatmış hərbi əməliyyatların “yenilməz erməni ordusu” barədə illərdən bəri dünyaya təqdim olunan mifin dağılmasına da səbəb olduğunu xüsusi olaraq qeyd edərək bunları deyib: “Erməni tarixi ümumiyyətlə yalan və uydurmalar üzərində qurulmuşdur. Onların növbəti belə uydurmalarından biri də “yenilməz erməni ordusu” barədə idi. İllərdən bəri havadarlarının səyləri nəticəsində toxunulmazlıqlarını təmin edə bilmiş bu azğınlar artıq özləri də bu yalana inanmağa başlamışdılar. Lakin bu gün artıq Azərbaycan əsgəri düşmən ordusuna dərs verdi. Erməni mifləri dağıldı və yalanları ifşa olundu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında haqq yolunda vuruşan Azərbaycan Ordusu bütün istiqamətlərdə tam üstünlüyü ələ aldı. Düşmən silah-sursatını, döyüş texnikasını ataraq qaçdı. Müzəffər Azərbaycan Ordusu isə Vətən torpaqlarını azad etdi.”

Daha sonra Nəbi İsgəndərov Şuşa şəhərinin işğaldan azad olunmasının hərbi əməliyyatların sona çatmasında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: “Noyabr ayının 8-də Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu Şuşanı azad etdi. Bundan dərhal sonra daha 72 yaşayış məntəqəsi və strateji yüksəliklər əsgərlərimizin bir aslan sıçrayışı ilə əldə edildi. Nəhayət reallıqlardan qaçmağın mümkün olmadığını qəbul etməli olan düşmən yaranmış vəziyyətdən yeganə çıxış yolunun yalnız təslim olmaqda olduğunu anladı. Nəticədə Ermənistan faktiki olaraq özünün kapitulyasiya aktı anlamına gələn üçtərəfli bəyanatı imzalamalı oldu. Erməni işğalçıları sadəcə Azərbaycanın deyil, bütün bəşəriyyətin düşməni olduqlarını dəfələrlə öz əməlləri ilə sübuta yetiriblər. Bu gün də Vətən torpaqları işğaldan azad edildikcə biz azğın düşmənin cinayətkar mahiyyətini daha aydın şəkildə gördük. İşğaldan azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Ermənistanın hərbi-cinayətkar rejiminin muzdlu qatilləri, soyğunçuları işğal altında olan ərazilərdə misli görünməmiş qarət, soyğun əməlləri, vandalizm aktları həyata keçiriblər. Şəhər və kəndlərimiz, insanların yaşayış məskənləri, tarixi abidələr, təbii sərvətlər talan olunub və darmadağın edilib. Vaxtilə insanların xoşbəxt, firavan yaşadığı Azərbaycan torpaqları xarabalıqları xatırladır. İşğal altındakı torpaqlarımızda, o cümlədən Azərbaycan üçün milli dəyərlərimizin bir xəzinəsi olaraq xüsusi əhəmiyyət kəsb edən Şuşa şəhərində həyata keçirilmiş vandalizm aktları erməni millətçiliyinin, faşizminin gerçək simasını əks etdirir və sübuta yetirir ki, gözü hər zaman başqalrının torpaqlarında olan ermənilər qurub-yaratmağı deyil, mövcud olanları dağıtmağı, talamağı bacarırlar. Amma möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, işğaldan azad olunmuş torpaqlara həyat qayıdacaq və bu gün artıq bütün dünya bu qayıdışı müşahidə edir. Artıq bütün dünya görür ki, Azərbaycan xalqı öz torpaqlarına qayıdır və bundan sonra öz torpaqlarında əbədi olaraq yaşamaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaratmaq əzmindədir. Bir həqiqəti də qeyd etmək lazımdır ki, Azərbaycanın tarixi Qələbəsi təkcə ölkəmizin deyil, bütün Cənubi Qafqaz regionunun tarixində yeni bir eranın, tərəqqi və inkişaf dövrünün başlanğıcını qoydu. Vətən müharibəsinin nəticəsi olaraq yaranmış yeni regional reallıqlar artıq bütün qonşu ölkələrin sülh və əminamanlıq şəraitində yaşamalarını təmin edəcək.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

1071 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2021