AZ RU Mobil versiya
44 günlük müharibədə 12 uşaq ermənilər tərəfindən qətlə yetirilib, 5 uşaq hər iki valideynini itirib - Komitə
Tarix: 27-09-2021 | Saat: 13:11
Bölmə:Gündəm | çapa göndər

44 günlük müharibədə 12 uşaq ermənilər tərəfindən qətlə yetirilib, 5 uşaq hər iki valideynini itirib -


44 gün ərzində davam edən Vətən Müharibəsində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatları, işğalçı rejimin döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində 12 uşaq amansızcasına qətlə yetirilib, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib.

Trend-in məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 27 Sentyabr - Anım Günü ilə bağlı müraciətində deyilir.

Qeyd edilir ki, son 30 ilə yaxın müddət ərzində davam etmiş hərbi təcavüz nəticəsində 23.000-dən çox azərbaycanlı həyatını itirib, 50.000 insan yaralanıb və ya əlil olub, 4.000-ə yaxın Azərbaycan vətəndaşı isə hələ də itkin düşmüş hesab edilir.

Bütün işğal olunmuş ərazilərdə 700.000-dən çox azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Eynilə indiki Ermənistan adlanan ərazidə bir zamanlar əksəriyyət təşkil edən azərbaycanlı əhalinin axırıncı 250.000 nəfəri 1980-ci illərin sonunda öz əzəli torpaqlarından qovulub:

"I Qarabağ müharibəsi zamanı 210 uşaq öldürülmüş, 270 uşaq sağlamlığını itirmiş, 92 uşaq girov götürülmüşdür. Həmçinin 3393 uşaq valideynlərindən birini, 120 uşaq isə hər ikisini itirmişdir.

Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığı müddət ərzində Azərbaycan dünyada ən çox qaçqını və məcburi köçkünü olan ölkələrdən biri olmuşdur.

Bununla yanaşı, İkinci Qarabağ müharibəsində əhalini dəhşətə salmaq üçün ümumilikdə terror taktikasından geniş istifadə edən Ermənistan dövlətinin Azərbaycanın münaqişə zonasından kənar yerləşən ərazilərini ağır atəşə tutması nəticəsində 33 qadın həlak olub, 74-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ermənistanın Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçməsi, terror əməllərinin qurbanı olan əhali arasında qadın və uşaqların yer alması ermənilər tərəfindən tarixən törədilən qətliamların növbəti təzahürüdür.

Xüsusilə qeyd etməliyik ki, 10 oktyabr 2020-ci il tarixində, saat 12:00-dan etibarən tərəflər arasında humanitar məqsədləri əks etdirən atəşkəs rejiminin elan olunmasına baxmayaraq 11 oktyabr gecə saat 2:00 radələrində təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin mərkəzi hissəsində ağır artilleriya qurğuları və raketlərdən atəşə tutulmuşdur. Lakin, düşmən tərəf bununla kifayətlənməmiş və 17 oktyabr 2020-ci il tarixində, gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə ballistik raket atəşinə tutmuş və hər iki halda xeyli sayda insan təlafatına səbəb olmuşdur.

28 oktyabr 2020-ci il, saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Humanitar atəşkəs rejimi yenidən kobud şəkildə pozulmuş və Bərdə rayonunun mərkəzi, dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazilər “Smerç” yaylım atəşli reaktiv sistemindən hücuma məruz qalmışdır. Əhali arasında yüzlərlə insan yaralanmış, xeyli sayda insan amansızcasına qətlə yetrilmişdir. Bununla yanaşı, düşmən tərəf törətdiyi əməllərlə kifayətlənməmiş davamlı olaraq ballistik raket və ağır artilleriya ilə Mingəçevir, Tərtər, Ağdam, Şəmkir, Naftalan, Ağcabədi, Xızı, Füzuli, Cəbrayıl, Beyləqan və digər yaşayış məntəqələrində də öz müharibə cinayətlərini həyata keçirmək məqsədilə davamlı həmlələr etmişdir.

Şübhəsiz ki, mərmi və raket partlayışları, artilleriya atəşləri, xüsusən də bu hadisələrin məxsusi olaraq gecə saatlarında baş verməsi daha çox insan tələfatına səbəb olmaqla yanaşı dinc əhalidə, ələlxüsus da uşaqlarda psixoloji gərginliklərin, bir ömür boyu davam edəcək narahatlıqların yaşanması ilə nəticələnmişdir.

Azərbaycan torpaqlarına qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən azərbaycanlı məcburi köçkünlərin öz evlərinə, torpaqlarına geri dönməsinin qarşısını almaq üçün “məqsədyönlü” təbdirlər həyata keçirilmişdir. Bu müddət ərzində Ermənistanın işğalına məruz qalan ərazilərdə 900-dən çox yaşayış məntəqəsi, 150 000 ev, 1100 təhsil ocağı və 520 səhiyyə müəssisəsi qarət, talan edilmiş və ərazilərə külli miqdarda minalar basdırılmışdır.

Lakin dövlətimiz, bütün bu çətinliklərə baxmayaraq, münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiyanı əhatə edən yeni mərhələyə qədəm qoymuş və bu yolda əzmlə irəliləməkdədir.

Eyni zamanda, müharibə zamanı Ermənistan dövlətinin işğalçı siyasi əməlləri bununla bitmirdi. Belə ki, döyüş bölgəsində ordusunun məğlubiyyətə məruz qaldığını görən Ermənistan rəhbərliyi ratifikasiya etdiyi “Uşaq hüquqları haqqında Konvensiya”ya, Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar Fakultativ Protokoluna məhəl qoymadan 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etmiş, əsgər qismində istifadə olunmalarına razılıq vermişdir.

Yuxarıda göstərilən məqamları, həmçinin beynəlxalq hüquqa uyğun olaraq müdafiə olunan obyektlərə, o cümlədən məktəb və xəstəxanalar kimi adətən çoxlu sayda uşaqlar olan yerlərə bilavasitə hücum hallarını, eləcə də,15 yaş həddinə çatmamış uşaqların hərbi xidmətə çağırılması və ya səfərbər edilməsi, onların münaqişələr çərçivəsindəki hərbi əməliyyatlarda aktiv şəkildə istifadə olunması ilə əlaqədar hərəkətlərin hərbi cinayət qismində təsnif olunduğunu qeyd edərək, bütün beynəlxalq təşkilatları Ermənistan dövləti tərəfindən törədilən qanunsuz əməllərə biganə qalmamağa, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan hərəkətlərinə lazımi hüquqi qiymət verməyə, uşaqların sülh və əmin-amanlıq şəraitində inkişafı və yaşamasının təmin edilməsinə dəstək verməyə çağırırıq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

573 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2021