Mobil versiya
Dünyada qaz qiymətlərinin artacağı proqnozlaşdırılır
Tarix: 26-09-2021 | Saat: 18:58
Bölmə:İqtisadiyyat | çapa göndər

Dünyada qaz qiymətlərinin artacağı proqnozlaşdırılır

Bu qış hava soyuq keçərsə və bazarda təbii qaz çatışmazlığı yaranarsa, sıxlaşdırılmış təbii qazın (LNG) qiyməti 100 dollar/mln BTU-ya (britaniya istilik vahidi) qalxa bilər.
AİA.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Citigroup Bank" analitiklərinin araşdırmasında deyilir.

Qeyd olunur ki, Avropadakı qaz ehtiyatlarının aşağı səviyyəsi, Çində bu məhsula tələbatın sürətlə artması, habelə Rusiya, Nigeriya və bir sıra digər ölkələrdən tədarükün məhdud olması səbəbindən fərqli bölgələrdə alıcılar arasında qiymət çəkişməsi başlayıb.

Analitiklər qeyd edirlər ki, təbii fəlakətlər də, məsələn, Meksika körfəzindəki qasırğalar qarşıdakı qışda qiymət artımının səbəbi ola bilər. Bildirilir ki, önümüzdəki həftələrdə və aylarda qiymət parabola üzrə artmağa davam edəcək.

Eyni zamanda, təbii qazın qiymətinin yüksəlməsi alternativ yanacaqlara olan tələbatı da artıracaq: benzin, kerosin, dizel yanacağı və digər istilik stansiyalarında böyük həcmdə istifadə olunacaq qızdırıcı yağlar.

Avropa həmkarlar ittifaqları konfederasiyasının ehtimalına əsasən, təxminən 3 milyon Aİ sakini aşağı maaş səbəbiylə evlərini istədikləri dərəcədə qızdıra bilməyəcək. Bununla bağlı çətinlik çəkən işçilərin ən yüksək faizi Kiprdə (45,6%), Bolqarıstanda (42,8%), Litvada (34,5%), Portuqaliyada (30,6%), Yunanıstanda (28,7%) və İtaliyada (26,1%) qeydə alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024