Mobil versiya
"Kim suda boğulur, ağacdan düşür Elza Seyidcahana əl atır" - Müğənnini özündən çıxardılar
Tarix: 25-09-2021 | Saat: 11:00
Bölmə:Şou-biznes | çapa göndər

"Kim suda boğulur, ağacdan düşür Elza Seyidcahana əl atır" - Müğənnini özündən çıxardılar

"Yaxşı da deyəndə başa düşmürlər. Susmaq orucu tuturam. Birinə yaxşı söz deyirəm, pis başa düşür. Fürsət görür. Deyir, bunu qaldırım, şişirdim, özümə reklam qazanım. O, danışır, mən susuram. Özünü hörmətdən salır. Kənardan baxanlar onu da, Elzanı da yaxşı tanıyır. Sosial şəbəkədə baxıram Elza niyə bunu geyindi, yazdı, oxudu yazırlar. Kim suda boğulur, ağacdan düşür Elza Seyidcahana əl atır".

AİA.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "10-da görüşək" verilişində qonaq olan zaman deyib. Müğənni bundan sonra heç bir həmkarı ilə qalmaqal etməyəcəyini söyləyib. O bildirib ki, "susmaq orucu" tutur:

"Hər kəs hər şeyi bilir. Amma adam bildiyi işdən yapışmalıdır. Bilməyənlər gəlib biz bilənlərlə işləyirlər. Sonra amma peşman olurlar".

Seyidcahan valideynlərə səslənib. İfaçı uşaqlara sərbəstlik verilməsini bildirib. O, eyni zamanda psixoloqları da tənqid edib:

"Məktəblər açılıb. Bir tərəfdən sevinirəm, bir tərəfdən yox. Əvvəl biz məktəbə gedəndə çantanı götürüb gedirdik məktəbə. Yolda ağac görürdük, qonşuya salam verirdik. İndikilər robotlaşıb. Uşağı qoyublar maşına, dərsə aparırlar, tıxac əlindən yol yoxdur. Hər rayonun öz məktəbi var. Özünə yaxın məktəbə get. İndi varlı başqa, kasıb başqa məktəbdə oxuyur. Niyə uşağı evindən uzaq bir yerə aparırsan? Varli kasıb eyni məkbəbdə oxusun. Müəllimin pisi yoxdur. Həm tıxac olmaz, həm uşaqlarınız manqurtlaşmaz. Bir az keçir, valideyn deyir, uşağım özünə qapanır. Psixoloqa aparırlar, uşaq gedir uçuruma. Ürəyim ağrıyır belə hadisələrə. Uşaqlarınıza imkan yaradın məktəbə özü gedib-gəlsin. Biz məktəbə elə gedib-gələnlər olmuşuq. İmanlıyıq, zəhmətkeşik, təkəbbürlü, cinayətkar, naşükür deyilik".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024