Mobil versiya
Nadir Qafarzadə: “Azərbaycanda düz danışan adama “xalq düşməni” deyirlər”
Tarix: 23-09-2021 | Saat: 18:07
Bölmə:Şou-biznes | çapa göndər

Nadir Qafarzadə: “Azərbaycanda düz danışan adama “xalq düşməni” deyirlər”

“İndi elə bir zaman gəlib ki, insanların nə xeyrinə, nə də şərinə danışmaq olmur. Xeyrinə danışırsan, deyirlər ki, “Bu özünü nə hesab edir ki, camaata dərs keçir?” Düzgün danışırsan, deyirlər ki, “Xalqın düşmənidir”.

Bu sözləri müğənni Nadir Qafarzadə deyib.

Son vaxtlar cəmiyyəti tez-tez tənqid edən sənətçi bundan sonra bəzi mövzularda fikirlər səsləndirməyəcəyini bildirib:

“İnsanların xeyrinə söz demək olmur. Buna görə son zamanlar bəzi məsələlərdə lal, kar, kor olmağa qərar vermişəm. Atalardan bir məsələ var, deyir, el üçün ağlayan gözündən olar. Sən insanlar üçün narahat olursan, onlarsa bunu düzgün başa düşmürlər, başqa yerə yozurlar. Mən “Instagram” səhifələrini izləyirəm, oradakı xəbərləri tez-tez oxuyuram. “Instagram” çıxmasaydı, mən hələ indiyə qədər Azərbaycan insanının düşüncə səviyyəsini araşdıra bilməyəcəkdim. Sosial şəbəkələr çıxmamışdan öncə elə bilirdim ki, Azərbaycanda bütün insanlar kamildir, düzgün mühakimə yürüdürlər. Amma sonra kəşf etdim ki, bu, belə deyil. Düzgün düşünməyən, savadsız insanlar çoxdur.

Mütləq deyil ki, insan iki universitet bitirsin, Allah insana baş verib, ən azından düzgün fikirləşə bilərsən axı. İnsan var ki, heç bir universitet bitirməyib, amma danışanda hiss edirsən ki, bəzi alimlərdən daha çox bilir. Çünki öyrənmək istəyib. Amma indiki insanlar elə aldı əlinə sazı, başlayırlar fikirlər döşəməyə, savadsız, məntiqsiz şərhlərdən anlayırsan ki, savadsızlıq çoxdur. Mən də beş universitet bitirməmişəm, amma hər zaman öyrənmək istəmişəm, elə insanlarla oturub-durmuşam ki, çox bilsinlər, onlardan nəsə öyrənim.

Dünyanı gəzməyi sevmişəm, deyiblər ki, çox oxuyan yox, gəzən çox bilər. Mən gəzdiyim ölkələrə təkcə yeyib-içməyə getməmişəm, həm də öyrənmişəm. Təkcə “mədə niyyəti”mi yox, həm də mədəniyyətimi düşünmüşəm.

Bu gün insanların çoxu yeni nələrsə öyrənmək istəmirlər, düzgün danışan insanları da anlamırlar, onlara qara yaxmağa çalışırlar. Ona görə də bundan sonra insanların nə xeyrinə, nə də şərinə danışmayacağam. Kim necə istəyir, elə də yaşasın, Allah hər kəsə bir cür tale yazıb, o taleyi də mən çözən, yaxud pozan deyiləm. Ona görə danışıb pis olunca, susub neytral qalmaq daha yaxşıdır”.

Yenisabah.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024