Mobil versiya
Paralimpiya çempionu fiziki əngəllilərə müraciət etdi: Evdə oturmağa son qoymaq lazımdır
Tarix: 23-09-2021 | Saat: 15:29
Bölmə:İdman | çapa göndər

Paralimpiya çempionu fiziki əngəllilərə müraciət etdi: Evdə oturmağa son qoymaq lazımdır

DOST Agentliyinin dəstəyi ilə "Paralimpiya Oyunlarının mükafatçılarına SMM dəstək" layihəsi start götürüb.

Agentlikdən verilən məlumata görə, layihə çərçivəsində Paralimpiya Oyunlarında mükafat qazanmış idmançıların sosial şəbəkələrdə rəsmi hesabları yaradılacaq və həmin hesablar idarə ediləcək.

Paralimpiya çempionu Elvin Astanov bu layihə haqqında Trend-ə fikirlərini bölüşüb.

"Bizə dəstək olduğuna görə ilk növbədə DOST Agentliyinə öz təşəkkürümü bildirirəm. Bir paralimpiyaçı olaraq fiziki əngəlli dostlarımızı bizə qoşulmağa dəvət edirəm. Evdə oturmağa son qoymaq lazımdır. İctimaiyyət arasına çıxmaq, idmanla məşğul olmaq lazımdır. Mənim ilk növbədə çağırışım qazi qardaşlarımızadır. Onlar müharibədə qazandıqları qələbəni, uğuru bizimlə davam eləsinlər" - deyə Paralimpiya çempionu qeyd edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024