Mobil versiya
Repetitorların 20 faiz vergi ödəyəcəyi məsələsinə aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA
Tarix: 20-09-2021 | Saat: 16:14
Bölmə:Təhsil | çapa göndər

Repetitorların 20 faiz vergi ödəyəcəyi məsələsinə aydınlıq gətirildi -

Sosial şəbəkələrdə repetitorluqla məşğul olan müəllimlərin gəlirdən xərclər çıxıldıqdan sonra qalan məbləğin 20 faizini vergi kimi ödəyəcəkləri barədə məlumatlar yayılıb.

Mövzu ilə əlaqədar Trend-in sorğusunu cavablandıran Vergilər Xidmətinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov repetitor fəaliyyəti göstərənlərin hər zaman vergiyə cəlb olunduqlarını bildirib:

“Qanunvercilikdə heç bir yeni bir dəyişiklik yoxdur. Sahibkarlıq fəaliyyəti göstərən hər bir şəxs vergiyə cəlb olunur.Əgər kurs açılıbsa, məktəbdən kənar fəaliyyət göstərilirsə, dövlətə vergi ödənməlidir”

Qeyd edək ki, Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlir vergisinin ödəyicisi kimi uçota alınan fərdi sahibkarlar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirdən, bu gəlirin əldə olunması ilə bağlı xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra qalan fərqdən (gəlirdən) 20 faiz dərəcə ilə gəlir vergisi ödəyir:

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024