Mobil versiya
Nazirlik rəsmisi əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsinə münasibət bildirib
Tarix: 17-09-2021 | Saat: 13:07
Bölmə:Təhsil | çapa göndər

Nazirlik rəsmisi əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsinə münasibət bildirib

Əfqanıstanın müvafiq təmsilçiliyi ilə Azərbaycana qəbul olan əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsi müzakirə edilir.

Trend xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib.

O bildirib ki, hazırda Əfqanıstanda sərhədlər bağlıdır, səfirliklərin çoxunun da fəaliyyəti məhdudlaşdırılıb:

“Əfqanıstan Azərbaycanla sərhədi açıq olan 42 ölkə sırasında deyil. Bununla bağlı bizə dəqiq məlumat verilməyib. Ona görə də biz gözləmə mövqeyindəyik".

Şöbə müdiri həmçinin qeyd edib ki, Azərbaycandan Əfqanıstana təhsil almaq üçün gedən tələbə yoxdur.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024