Mobil versiya
Ermənistanla sərhəddə azərbaycanlı cəsədi tapıldı
Tarix: 02-05-2016 | Saat: 11:34
Bölmə:Aia TV | çapa göndər

Ermənistanla sərhəddə azərbaycanlı cəsədi tapıldı


Türkiyədə həmyerlisi tərəfindən qətlə yetirildikdən sonra cəsədi kanala atılan azərbaycanlının meyiti tapılıb.

Aia.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, 45 yaşlı Asəf İmanov İqdır vilayətinin Bayraqtutan kəndi yaxınlığında birlikdə səfərə çıxdığı tanışı 30 yaşlı Ziyarət Əliyev tərəfindən öldürülüb. Azərbaycanlı kişinin meyiti Ermənistan- Türkiyə sərhəddindəki Araz çayında erməni əsgərlər tərəfindən tapılıb.

Məsələ barədə Türkiyənin hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra İqdır valiliyi və mərhumun oğlu Qafar İmanovun da iştirakı ilə hazırda bağlı olan Alican sərhəd məntəqəsində müvafiq ekspertizalar təyin edilib. Q.İmanov atasını əynindəki paltardan tanıyıb.

3 uşaq atası Asəf İmanov martın 30-da şəxsi maşını ilə İqdıra gəlib və avtomobilində olan Ziyarət Əliyev tərəfindən öldürülərək kanala atılıb. Aparılan araşdırmalar nəticəsində tutulan Əliyev cinayəti törətdiyini etiraf etmişdi. Lakin dalğıcların axtarışlarına baxmayaraq meyiti tapmaq mümkün olmamışdı.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024